Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ədalət Vəzirov - kamança ifaçısı, əməkdar artist. [redaktə] Həyatı Vəzirov Ədalət Səfərəli oğlu

Ədalət Şükürov 22 Aprel 1966-cı ildə, at ilində Sumqayıt şəhərində anadan olub. Buğa bürcündəndir.Mündəricat
1 Həyatı
2 "Itirdim"
3 "Qoca çinar"
4 "Qapı"
5 "Demə-demə"
6 "22 aprel" (instrumental)
7 "Əzizim"
8 Mənbə


Həyatı

Orta məktəbi bitirdikdən sonra o, hərbi xidmətə yollanır. 3 il "Novaya Zemlya" adasında, sualtı qayıqda hərbi xidmət edən Ədalət, qayıtdıqdan sonra 1987-ci ildə Sankt-Peterburqda fəaliyyət göstərən Mədəniyyət institununun "kütləvi tədbirlər rejissoru" fakultəsinə daxil olur.

Ali təhsil aldıqdan sonra Ə.Şükürov Sankt-Peterburqun 5-ci kanalında efirə gedən "Adamovo yabloko" verilişində rejissor işləyir. Bir müddət sonra o, Luqa şəhərinin baş rejissoru işləyir və kütləvi tədbirlər keçirməyə başlayır. Sonra isə mahnı bəstələməyə, və şerlər yazmağa başlayır. Daha sonra musiqi və mətnləri aranjiman edərək, ifa edir.

İlk oxuduğu mahnı "Nişan üzüyü" olub. İlk dəfə AzTV1-də çıxışını da məhz həmin mahnı ilə edib. Səyahətə çıxmağı xoşlayan Ədalət dünyanın 50-yə yaxın ölkəsində olub. "Salsa Viva" rəqs məktəbini bitirib. Dizaynerliklə də məşğul olan Ə.Şükürov, arabir rəssamlıq da edir.

İngilis, İspan, Rus və Azərbaycan dillərində təmiz danışır. Ən sevdiyi heyvan delfin dir. Hobbisi qurudulmuş kəpənək kolleksiyası yığmaqdır.

Evlidir. İki uşaq atasıdır - qızı Jalə və oğlu Emil.

"Itirdim"

- 2005-ci il. ("Səbuhi AMD" studiyası). CD və audio kasset.

Aranjiman: Vasif Arifoğlu, Anar Vəliyev, Cavid Şirinov, Eldar Məmmədov. Akustik gitara: İntizar, Oleq Naumov. Zərb alətləri: Elşən, Şaiq, Aygün Bəylər. Klarnet: Vaqif. Sintezator: Eldar Məmmədov, Anar Vəliyev, Vasif Arifoğlu, İlqar Əkbərov.

İtirdim albomu
1. İtirdim
2. Sənsiz gecə
3. Sevgi keçdi
4. Əlvida
5. Gözlər
6. İtirdim (lirika)
7. Nələr keçdi (duet Aygün Bəylər)
8. Məni bu qədərmi sevdin?
9. Qırmızı yaylıq
10. Matros (Remeyk)
11. Sən ki, belə deyildin
12. Dərd eyləyir

"Qoca çinar"

- 2004-cü il. ("Səbuhi AMD" studiyası). CD və audio kasset.

Alboma daxil olan mahnıarın aranjimanı Ədalətə, Azərə və Eldara məxsusdur. Səs rejissoru və masterinq - Cavid. Prodüsser - Anar, mətbuat katibi - Pərviz, Foto - Hüseyn. Zərb alətləri - İsgəndər, Nağara, zərb - Elşad, gitara - Elmar. Akkordeon - Teymur, Balaban - Alan, Skripka - Maestro Ceyhun, Bass gitara - Pərviz, Klarnet - Vaqif, Sintezator - Anar, Azər, Eldar.

Qoca çinar albomu
1-Qoca çinar
2-Göz yaşları (Ədalət və Manana)
3-O qadın
4-Sən elə, mən belə (Ədalət, Vüqar, Kamran)
5-Yox (Ədalət, Maestro Ceyhun, "Odlar yurdu" orkestri)
6-Açıq qapı (Meyxana feat. Vüqar)
7-Tələsdim
8-Göz yaşları (Ədalət və Manana) remix
9-Bağlı qapı (ləzginka)

"Qapı"

- 2003-cü il. ("Səbuhi AMD" studiyası). CD və audio kasset.

Alboma daxil olan mahnıların aranjimanı Ədalət Şükürova, Yaşar Baxışa və Eldar Məmmədova məxsusdur. Masterinq - Cavid Şirinov və Vaso. Gitara - İntizar və Vladimir Menşov. Akardeon - Teymur, Perkussiya - İsgəndər və Yoel Qonsales, Sintezator - Azər və Eldar Məmmədov, Saz - Eldəniz, Klarnet - Vaqif, Balaban - Hakim, Zurna və ney - İlham Nəcəfov.

Qapı albomu
1-Bağlı qapı (Meyxana feat. Vüqar)
2-Serenada
3-Yanaqlar
4-Bağlı qapı
5-Cənnət ölkəm
6-Ayrılıb gedirəm
7-Oyna ay qız

"Demə-demə"

- 2002-ci il. ("Səbuhi AMD" studiyası). CD və audio kasset.

Alboma daxil olan mahnıların aranjimanı Ədalət Şükürova və Eldar Məmmədova məxsusdur. Masterinq Cavid Şirinov.

Demə-demə albomu
1-Bəri gəl
2-Demə-demə
3-Dünya sənindi
4-Mənim başı bəlalı sevgim
5-Sən ki belə deyildin
6-Yavaş-yavaş

"22 aprel" (instrumental)

- 2002-ci il. ("Səbuhi AMD" studiyası). CD və audio kasset.

Alboma daxil olan mahnıların musiqisi, sözləri və aranjimanı Ədalət Şükürova məxsusdur. İdeya - Valeri Razumovski, Violin - Aydın Hüseynov, Gitara - Aleks Rovz, Saksofon - Roman Borada.

22 Aprel - İnstrumental albomu
22 Aprel

"Əzizim"

- 2002-ci il. ("Səbuhi AMD" studiyası). CD və audio kasset.

Alboma daxil olan mahnıların musiqisi, sözləri və aranjimanı Ədalət Şükürova məxsusdur.

Əzizim albomu
1-Avara
2-Bir yaz axşamı
3-Əzizim
4-Gəl barışaq yeni il axşamı
5-Mən tək qalanda


Tarix: 29.01.2013 / 14:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 579 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...