Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahid Əbdülkərimov

Şahid Əbdülkərimov – Azərbaycan bəstəkarı, bir çox məşhur mahnının müəllifi.Mündəricat
1 Həyatı
2 Bəstələdiyi mahnıların adları
3 Mənbə
4 İstinadlar


Həyatı

Deyilənə görə, yeniyetmə çağında müəllimi "tarzən İbad Salmanov ona böyük qayğı ilə yanaşır və onun gələcəkdə gözəl musiqiçi olacağını söyləyərdi". 1956-cı ildə Şahid Nuxa (Şəki) şəhərindəki mədəniyyət evi nəzdində Respublikanın əməkdar artisti Məmmədkəbir Hacıoğlunun rəhbərliyi ilə dram dərnəyində iştirak edirdi. Şahid 1957-ci ildə orta məktəbi bitirdikdən sonra 1959-1960-cı illərdə Bakı Mədəni Maarif Texnikumunun xor dirijorluğu şöbəsində təhsil almış və ümumdünya festivalının laureatı, həvəskar bəstəkar, xanəndə Qulu Əsgərov onun sevimli müəllimi və dostu olmuşdu. Təhsilini başa vurduqdan sonra Şahid Xırdalandakı 1 saylı qəsəbə orta məktəbində musiqi müəllimi işləməklə əmək fəaliyyətinə başlamışdı. O, 1961-1966-cı illərdə M.Əliyev adına Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin axşam şöbəsində təhsil almışdı. Tələbəlik illərində görkəmli bəstəkarımız Şəfiqə Axundova ilə sıx əlaqə saxlamışdır. Şahidin 100-dən artıq mahnısı var. Onun efirdə ilk səslənən mahnısı "Hanı bəs vəfan sənin" mahnısıdır. Həmin mahnı Ümumittifaq səsyazma fondunda, patefon valına yazılıb. İlk ifaçısı xalq artisti İslam Rzayev olub. Bir çox mahnıları mahnıları AzTv-nin "Qırmızı Qərənfil" uşaq xorunun ifasında səsləndirilmişdi. Sonralar Şahid s. mahnılarını bəstələmişdir. Şahidin mahnılarını ən çox mərhum müğənnimiz Nəzakət Məmmədova oxumuşdur. Əfsuslar olsun ki uzun illər onun mahnıları xalq mahnıları kimi təqdim edilirdi. Respublikamızın xalq artisti Abdulla Abdullayev qeyd edir ki "Təki sən səslə məni" mahnısını mərhum prezidentimiz Heydər Əliyevin çox sevdiyini onun öz dilindən eşidib. Şahid Əbdülkərimov bəstələdiyi mahnıların sözləri Əliağa Kürçaylı, Cabir Novruz, Ramiz Məmmədzadə, Arif Abdullazadəyə məxsus olmuşdur.

İlk dəfə Şahidin mahnısı 1974-cü ildə Azərbaycan televiziyasında özünün adı ilə səsləndirilmişdir. Həmin ildə Bakı rayonlararası xalq yaradıcılığı evində "Sən nəğmələr qoş" devizi ilə mahnı müsabiqəsi keçirilmişdi. Şahid o müsabiqədə 1-ci yer tutmuşdu. 1976-cı ildə o, Şəki şəhərinə dəvət almış, Tibb işçiləri mədəniyyət evinin direktoru təyin edilmişdi. Burada o, "Şəfa" xalq çalğı alətləri ansamblı və rəqs kollektivi yaratmışdır. 1988-ci ildə Abşeron rayonunda və Şəki şəhərində bəstəkarın 50 illik yubileyi qeyd edilmişdi. 1988-ci ildən Şəki şəhərində yaşayan Şahid Əbdülkərimov, ömrünün son illərində bu şəhərin Qışlaq hissəsindəki məşciddə din xadimi kimi fəaliyyət göstərmişdi. O, 2003-cü ilin iyun ayının 17-də 65 yaşında vəfat edib.

Müğənni Nadir Qafarzadə 2011-ci ildə "Azadinform"a verdiyi müsahibədə vurğulayırdı ki, "...sonradan mənim sənətə gəlməyimdə bizim gözəl bəstəkarımız Şahid Əbdülkərimov əlimdən tutub[1]."

Bəstələdiyi mahnıların adları
Hanı bəs vəfan sənin;
Naxçıvanım;
Ana torpağım mənim Bakı;
Təzə il;
May;
Xoş gəldin;
Sevgilimə könül açdım;
Təki sən səslə məni;
Qocalmışam demə ana;
Biləydim kaş;
Gözəlim;
Sarı sim;
Nişan üzüyü;
Yurdumun qoynunda;
Heç küsməyin yeridirmi;
Sevincim;
Azərbaycan;
Günüm keçməsin sənsiz;
Xurma bağı;
Niyə belə oldu;
Dayağım ol;
Sağıcı mənim bacım;
Gecələr (Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnib);
Heydərbaba


Tarix: 29.01.2013 / 14:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 598 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...