Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zülfüqar Hacıbəyov

Zülfüqar Hacıbəyov (17 aprel, 1884 - 30 sentyabr, 1950) - bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi (1943), Azərbaycan Musiqili Komediya Teatrının banilərindən biri.Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Filmoqrafiya
4 Nəsil ağacı
5 Mənbə
6 Həmçinin bax


Həyatı

Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli 1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olub. Zülfüqarın kiçik qardaşları Üzeyir və Ceyhunun sənətdə, milli baxışlarının formalaşmasında oynadığı "böyük qardaş" rolu haqda sənədlər, söhbətlər, xatirələr çoxdur. Bu barədə onun öz xatirələri də vardır. Professional musiqimizin banisi Üzeyir Hacıbəyli, böyük bəstəkar və dirijor Müslüm Maqomayev, əfsanəvi səhnə ustaları Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski kimi sənət fədailəri sırasında Zülfüqar Hacıbəylinin də məxsusi yeri vardır.

Yaradıcılığı

Zülfüqar Hacıbəyov "Əlli yaşında cavan" (1909), "On bir yaşlı arvad" (1911), " Evliykən subay" (1911) musiqili komediyalarının, "Aşıq Qərib" (1915) operasının müəllifidir. O, ilk səsli Azərbaycan bədii filmlərindən olan "Almaz (film, 1936)" filminə musiqi yazmışdır (Niyazi ilə birgə). Bəsətkar və dirijor Niyazinin atasıdır.
Bəstəkar Üzeyir Hacıbəyovun qardaşıdır.

Filmoqrafiya
Almaz (film, 1936)
Üzeyir ömrü (film, 1981)
Maestro Niyazi (film, 2007)


Tarix: 29.01.2013 / 14:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 303 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...