Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tural Bakuvi

Tural Bakuvi - Azərbaycanlı Bəstəkar və söz yazarı. Bir çox sevilən mahnı və instrumental kompozisiyaların müəllifi.

Tural Bakuvi (Məmmədov) 1984-cü ilin 12 yanvar tarixində Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 2000-ci ildə 1 saylı musiqi məktəbini, 2004-cü ildə isə ali təhsilini başa vurmuşdur. 2012-ci ildə YAP-ın Xəzər Rayon Təşkilatı tərəfindən ilin bəstəkarı adına layiq görülmüşdür.[1]

Hələ uşaq yaşlarından musiqi və şerlə məşğul olan Tural Bakuvi 2005-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra bu işə daha peşəkar şəkildə yanaşmış və bu günə qədər bir çox sevilən mahnı və instrumental musiqilər müəllifi olmuşdur. Bir çox xalq artistləri və əməkdar incəsənət xadimləri, o cümlədən Flora Kərimova, Nazpəri Dostəliyeva, Rafiq Seyidzadə kimi qocaman musiqi nümayəndələri ilə işləyən Bakuvi, eyni zamanda Yaşar Yusub, Elvin Mirzəzadə, Rəmal Rəsul, Şəhriyar Musayev, Anar Yusub və sair bu kimi onlarla gənc ifaçı və musiqiçlər ilə də iş birliyi etməkdədir. Tural Bakuvi öz ləqəbini Seyid Yəhya Bakuvi və Baba Kuhi Bakuvidən götürmüşdür.

Musiqi ilə yanaşı, şer-qəzəl sahəsində də özünü göstərən Tural Bakuvinin instrumental əsərlərindən daha çox Payız və Bahar kompozisiyaları tanınmışdır.

Evlidir, Banu və Ahu adında 2 qızı var


Tarix: 28.01.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 393 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...