Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saqopa Kajmer

Yunus Özyavuz və ya bilinən adı ilə Sagopa Kajmer (d. 17 avqust 1978, Samsun, Türkiyə), Türk repçi, bəstəkar və DJ.Mündəricat
1 Həyatı
2 Karyerası
3 DJ həyatı
4 Adının mənası
5 Ailəsi
6 Albomlar
6.1 Silahsız Kuvvet
6.2 Sagopa Kajmer
7 EP'ləri
8 Xarici keçidlər


Həyatı

Yunus Özyavuz 17 avqust 1978-ci ildə Türkiyə Respublikasının Samsun şəhərində Mehmed və Serpil Özyavuzun ailəsində ilk övlad olaraq dünyaya gəlmişdir. Orta məktəbi Samsunda bitirən Yunus ali təhsilini İstanbulda davam etdirmişdir. Belə ki, 1997-ci ildə "İstanbul Universiteti"-nin "Fars dili və ədəbiyyatı" fakültəsinə daxil olan Yunus, bu andan etibarən İstanbulda yaşamağa başlamışdır. 1998-ci ildə isə "Kuvvetmira" musiqi studiyasını quraraq, musiqi fəaliyyətinə də rəsmən başlamışdır.

Karyerası

Bir tərəfdən Dj-lik edən, digər tərəfdən sənətçi kimi çalışan Saqopa Kajmər 2004-cü ildə Türkiyənin ən çox izlənilən filmlərindən olan "G.O.R.A"-ya musiqilər və musiqi parçaları hazırladı. "Al Bir de Burdan Yak" adlı parçasına video klip çəkildi. Türkiyədə bir çox insan Sagopa Kajmeri bu söz ilə tanıdı. 2005-ci ildə Koleranın "Karantina Embriyo" albomunun prodüserliyini edən Sagopa Kajmer yenə eyni ildə "İrem Records"dan çıxardığı "Romantizma" adlı albomuyla karierasının zirvəsinə çatdı. Bu albomun ilk video klipi olan "Vasiyyet" "Kral TV"-də 2005-ci ilin "ən yaxşı klip" mükafatına layiq görülmüşdür. 2006-cı ildə Kuvvetmira ilə birgə "Kervan" adlı albomu çıxardı. 2007-ci ildə Kolera ilə düet albomları olan "İkimiz Anlatan Bir Şey"i dinləyiciləriylə görüşdürdü, 2 CD-lik albom çox böyük marağa səbəb oldu. 2008-ci ilin mart aylarının əvvəlində Sagopa Kajmer`in "Kötü İnsanları Tanıma Senesi (K.İ.T.S)" albomu işıq üzü gördü, əvvəlki albomlarda olduğu kimi bu albomda da öz tərzini qoruyan Sagopa Kajmer bu albomda bir az fərqli bir şey etmiş və ərəb mənşəli munislara, fars mənşəli sözlərə yer vermişdir.

DJ həyatı

Mic Check ləqəbilə Özyavuz, 2004-də Cezanın "Nefret"-dəki qrup yoldaşı Fuchsun "Huzur N Darem" albomunun prodüserliyini etmişdir. DJ-lik sahəsində də özünü inkişaf etdirən Özyavuz, Turntablizm deyilən hadisənin Türkiyədəki qabaqcılı olaraq qəbul edilir. Ayrıca Özyavuz, Türkiyənin köklü radiolarında DJ-lik və musiqi direktorluğu da etmişdir. Xaricdə "h2000", "j&b" kimi festivallarda və müxtəlif yerlərdə DJ-lik etmişdir. Çox əhəmiyyətli bir musiqi təcrübəsi və arxivinə sahib Yunus Özyavuz, "Sagopa Kajmer" şəxsiyyətiylə "PESIMIST UNDERGROUND RAP" tərzini meydana gətirmiş, musiqi keyfiyyəti, söz zənginliyi və təsir edici səsiylə özünü bir çox dəyişik kütlədən insana sübut etmişdir. Xaricindən sənətçilərə də infrastruktur musiqilər hazırlamışdır.

Bir tərəfdən DJ-lik digər tərəfdən sənətçi olaraq davamlı işlərini davam etdirən Sagopa Kajmer, 2004-cü ildə Türkiyənin ən çox izlənilən filmlərindən olan "G.O.R.A" filminə musiqilər hazırlamışdır. "Al Bi de Burdan Yak" adlı parçasına video klip çəkilmişdir. Bu inkişaf Sagopa Kajmeri tərzinin xaricindəki dinləyici kütləsinə çatdırmağı bacarmışdır. Türkiyədə bir çox insan Sagopa Kajmeri bu söz ilə tanımışdır. 2005-ci ildə Koleranın Karantin Embriyo albomunun prodüserliyini edən Sagopa Kajmer yenə eyni ildə İrem Recordsdan çıxardığı "Romantizma" adlı albomuyla karierinin zirvəsinə çatmışdır. Bu albomun ilk video klipi olan "Vasiyet" "Kral TV"-də 2005-ci ilin ən yaxşı klip mükafatına layiq görülmüşdür. 2006-cı ildə "Kuvvetmira" ilə birgə "Kafile" adlı albomunu çıxarmışdır. 2007-ci ildə Kolera ilə duet albomları olan "İkimizi Anlatan Bir Şey"-i dinləyiciləriylə görüşdürmüşdür. Türkiyənin ən yaxşı Beat makeridir[Mənbə göstərin].

Adının mənası

Musiqi həyatında istifadə etdiyi adı Sagopa, Misirdə bir piramidanın adıdır. Bir çox arxeoloq bu piramidanın sirrini tapmağa çalışarkən, tələlərə düşüb can verdikləri deyilir. Ən son, soyadı Kajmeri olan bir arxeoloq, Sagopanın sirrini tapmış və piramidanın ən sirrli yerinə – son otağına girərək, divara Sagopanın sirrini həll edən mənasını verən Sagopa Kajmeri qazımışdır. Ancaq bu arxeoloq da (Gerhard Kajmeri) hava axını üzündən can vermişdir. Bu hadisədən bir müddət sonra piramidaya müasir vasitələrlə girən elm adamları, ölən adamın (Gerhard Kajmeri)in cəsədini tapmışlar və piramidaya təchizatsız girmə cəsarətindən ötəri bu adamın adını bütün dünyaya eşitdirmişlər.

Ailəsi

Atasının adı Mehmed, anasının adı isə Serpil Özyavuzdur. Özündən kiçik bir qardaşı var : Emre Özyavuz. O da Sagopanın konsertlərində operatorluq edərək qardaşına köməklik edir. 2006-cı ildən həmkarı Kolera ləqəbli repçi ilə evlidir, uşağı yoxdur.

Albomlar

Silahsız Kuvvet
Yeraltı Operasyonu (1998) Turbo, Silahsız Kuvvet, Nefret, Yener, Ses, Susturucu, Statik
Gerilim 99 (Promo) (1999) Silahsız Kuvvet
Toplama Kampı (2000) (Mini Albom) Asya Sentez (Silahsız Kuvvet, Ceza)
Sözlerim Silahım (2001) Silahsız Kuvvet
İhtiyar Heyeti (2002) Silahsız Kuvvet

Sagopa Kajmer
On Kurşun (2002) Sagopa Kajmer
Sagopa Kajmer (2002) Sagopa Kajmer
Bir Pesimsitin Gözyaşları (2003) Sagopa Kajmer
Romantizma (2005) Sagopa Kajmer
Kafile (2006) Kuvvetmira
İkimizi Anlatan Birşey (2007) Sagopa Kajmer, Kolera
Kötü İnsanları Tanıma Senesi (2008) Sagopa Kajmer
Şarkı Koleksiyoncusu (2009) Sagopa Kajmer
Yeraltı Kafilesi. Kafile 2 (2010) Sagopa Kajmer
Bendeki Sen (2010) Sagopa Kajmer, Kolera
Saydam Odalar (2011) Sagopa Kajmer, Kolera

EP'ləri
Pesimist Ep 1
Pesimist Ep 2
Pesimist Ep 3
Disstortion Ep
Pesimist Ep 4 – Kurşun Asker
Pesimist Ep 5 – Kör Cerrah
Saykodelik Ep-(Pessimist Orkestra)


Tarix: 27.01.2013 / 15:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 510 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...