Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nirvana (qrup)

Nirvana Seattle`in ana damarlarını təşkil edən Pearl Jam ,Soundgarden , Alice in Chains ilə müəyyən bir müddət ərzində grunge rok a öz töfhəsini verən qrupdu.Kurt Kobeyn (vokal,gitarist),Krist Novoselic (bass) tərəfindən 1985-ci ildə Vaşingtonda qurulub bu qrup.Bir neçə il ayrı-ayrı qruplarda ifa edən ikili 1988-ci ildə Chad Chaining-in(baraban alətləri) gəlməsiylə ilk albomlarını hazırlamağa başladılar. İlk mahnı "Love Buzz/Big Cheese"i 1988-ci ildə yayınlayan Nirvana,1989-cu ildə"Bleach" adlı ilk albomunu çıxartdı.Musiqi olaraq Melvins,Mudhoney,Black Sabbath və Led Zeppelin `dən yararlanan qrup,albomu olduqca ucuz qiymətə ərsəyə gətirə bilmişdilər.Albomun hazırlanmasına böyük köməyi olan Jason Everman albom çıxandan sonra qrupa 2-ci gitarist kimi qatıldı. Ancaq qrupun ilk Amerika turnesi sonrası Everman qrupdan çıxarıldı və o qısa müddətə Soundgarden`ə qatıldı. 1990-cı ildə prodüser Butch Vig ilə birlikdə yeni albomun üzərində işləməyə başlayan Nirvana,ilk mahnı köçürmələrindən sonra Chainig ilə də yollarını ayırdılar.Melvins qrupunun köməyi ilə tanışdıqları Scream qrupundan Dave Grohl`u (baraban) qrupa götürdükdən sonra həmin il Sonic Youth qrupunun köməyi ilə tanışdıqları David Geffen ilə razılaşaraq 2-ci albomu çıxartmağı qərara aldılar. 1991-ci ildə çıxarılan 2-ci albom "Nevermind" ilə musiqi dünyasında yeni bir dönəmi başladan Nirvana,özəlliklə albomun soundunda distore gitar riffleri,ağır baraban səsləri və səs-küylü bassları və Cobain`in vokalları ilə dövrün ən yaxşı grunge rocklarını dünyaya tanıtdılar.Albom Amerika listələrində 1-ci olarkən,ilk mahnı "Smells Like Teen Spirit",necə deyərlər bomba kimi düşdü rok dünyasına.Bir çox ölkələrin listələrində 1-ci yerə yerləşdi bu mahnı.Video klipi ilə də olduqca sevildi.

1992-ci ildə Kurt Cobain Courtney Love ilə evləndi və Frances Bean adında qızları oldu.Həmin il "Nevermind"ın daha 3 mahnısı işıq üzü gördü:"Come As You Are","Lithium" və "İn Bloom".Bu mahnılar da listələrə önəmli uğurlar əldə etdi və qrup həmin il MTV Video Musuqi Mükafatlarında səhnəyə çıxdı və bu performansın sonunda qrup bütün səhnəni dağıdaraq unudulmaz bir şouya imza atmış oldular.

1992-ci ildə "İncesticide" adlı albomu çıxartdılar.Albomun qapağı üzərində Kurt Cobain`in imzası var idi.Albomda əsasən b-side parçalara yer vermişdilər.

1993-cü ildə Steve Albininin produksiyası ilə 4-cü albom "İn Utero" cəmi 14 gün içində köçürüldü və hazır hala gətirildi.Kurt Cobain əslində bu albomun adını "İ hate myself and İ want to die" qoymaq istəsə də,prodyuser bu adın çox sərt olduğunu söyləyərək buna icazə verməmişdi.Amerikan listələrinə 1-ci yerdən girən albom,musiqi olaraq qrupun ilk dövrlərini xatırladırdı.Albomun ilk mahnısı "Heart-Shaped Box" oldu."Rape Me" adlı mahnı isə böyük tənqidlə üzləşdi (sözlərinə görə)."Nevermind" qədər böyük uğur əldə edə bilməsə də,Nirvana albomdan sonra Amerika turnesinə çıxdı. Qrupa 2-ci gitarist olaraq The Germs qrupundan Pat Smear `ı alan Nirvana 1993-cü ildə MTV Unplugged konserti verdi.Sonrakı il Avropa turnesinə çıxan qrup qatıldığı konsertlərdə uğurlu performans sərgilədi.Ancaq Kurt Cobain`in özəlliklə turnenin İtaliya konsertində artıq şoulardan və konsertlərdən bezdiyi nəzərə çarpırdı.

Mart ayında xanımı Courney Love ərini ürəyi getmiş vəziyyətdə gördü və onu xəstəxanaya yerləşdirdi.Həkimlər onun alkoqol zəhərlənməsi keçirtdiyini söylədilər və Nirvana turnenin geri qalan hissəsini ləğv etdilər.Sonrakı həftələrdə Cobain`in narkotiklərlə başının dərddə olduğu bilindi və sənətçi müalicə olmaq məqsədilə yenidən xəstəxanaya yerləşdirildi.Ancaq o,müalicə mərkəzindən qaçaraq ilk təyyarə ilə Seattle`a uçdu və 1 həftə sonra 8 aprel tarixində evində ölü olaraq tapıldı.Deyilənə görə özü öz başına atəş açaraq öldürmüşdü özünü.Bundan sonra qrup üzvləri Cobain`siz davam edə bilməyəcəklərini bildirdilər.

Hal-hazıra qrup üzvlərindən Dave Grohl " Foo Fighters " qrupunda,Krist Novoselic isə" Sweat 75" qrupunda sənətçi həyatlarında davam etdilər.


Tarix: 27.01.2013 / 14:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 470 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...