Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kazım Koyuncu

Kazım Koyuncu - laz mənşəli Türkiyə musiqiçisidir. 33 yaşında ikən ağciyər xərçəngindən vəfat etmişdir.Mündəricat
1 Həyatı
2 Diskoqrafiya
2.1 Zuğaşi Berepe (Dənizin uşaqları) qrupunda
2.2 Grup Dinmeyen qrupunda
2.3 Solo albomları


Həyatı

Kazım Koyuncu 7 noyabr 1971-ci ildə doğulmuşsa da, sənədləşmədə səhvlər olduğundan, rəsmi doğum tarixi 10 may 1972-ci ildir. Orta məktəbdə mandoluna çalaraq, musiqiyə başlamış, kamança ustadı Yaşar Turnanın yanında musiqi təhsili almışdır. İstanbul Universiteti Politologiya fakultəsinə daxil olmuş, ancaq siyasi səbəblərə görə təhsilini yarımçıq qoymuşdur. 1992-ci ildə peşəkar musiqiçi həyatına atılmış, laz dilində və türkcə ifa etdiyi mahnılarla məşhurluq qazanmışdır. 2004-cü ildə Ağciyər xərçəngi diaqnozu ilə xəstəxanada müalicəyə başlamış, 25 iyun 2005-ci ildə vəfat etmişdir.

Diskoqrafiya

Zuğaşi Berepe (Dənizin uşaqları) qrupunda
1995 Va Mişkunan
1998 İgzas
1998 Bruxel Live

Grup Dinmeyen qrupunda
1996 Sisler Bulvarı

Solo albomları
2001 Viya
2004 Hayde
2006 Dünyada Bir Yerdeyim (ölümündən sonra)


Tarix: 26.01.2013 / 13:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 172 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...