Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

John 5

John 5 (əsl adı John Lowery, 31 İyul 1971, Michigan, ABŞ) ABŞ-lı gitarist.Mündəricat
1 Gənclik
2 Musiqidə yüksəliş
3 Marilyn Manson dövrü
4 Solo albomlar


Gənclik

John 5 bir televiziya proqramından təsirlənərək yeddi yaşında gitara çalmağa başladı. Ailəsi də onu qeydlərini yüksək tutması qarşılığında barlarda çalmasına icazə verəcəyini söylədi. 18 yaşında musiqi həyatına başlamaq üçün Los Angelesə getdi. Bir neçə qrup sınağından sonra ən əhəmiyyətli qrupu olan Ozzy Osbourne'un bateristi olan Randy Castillo ilə Red Square Black adlı bir qrup qurdu.

Musiqidə yüksəliş

Lowery, 1996- cı ildə Marilyn Manson seçmələrinə qatıldı ancaq qrupa seçilə bilmədi. Daha sonra köhnə Judas Priest vokalı Rob Halford ilə Two qrupunu qurdu və Trent Reznor prodüserliyində bir albom qeyd etdi. Daha sonra da köhnə Van Halen də vokalı David Lee Roth üçün mahnılar yazdı və onun The DLR Band albomu üçün gitara çaldı.

Marilyn Manson dövrü

1998-ci ildə Zim Zum'un ayrılmasıyla Marilyn Manson ona qrupa girib konsertlərdə çalmağı təklif etdi. John Lowery qrupa girincə İncildə bir hissə olan John 5 adını aldı. Daha sonra Marilyn Manson üçün mahnılar yazmağa başladı və Holy Wood və The Golden Age Of Grotesque albomlarında gitara çaldı. 2003də Fender ilə razılaşıb öz adını daşıyan bir Telecaster çıxartdı. 2004-cü ildə isə qrupdan ayrıldı.

Solo albomlar

Sənətçi, qrupdan ayrıldığı il Vertigo adlı ilk solo albomu çıxardı. Avtobioqrafiq xüsusiyyətlər daşıyan albomda, John 5 gitara qabiliyyətlərin i göstərdi.

2005-ci il tarixli Songs For Sanity və 2007-ci il tarixli Devil Knows My Name albomlarında müvəffəqiyyətlə rini davam etdirdi və Steve Vai və Joe Satriani kimi adlarla düet etdi. Bu sırada da Rob Zombie'nin gitaristliyini başlayan John 5 2005 tarixli Educated Horses albomunda gitara çaldı.


Tarix: 26.01.2013 / 13:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 239 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...