Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Castin Timberleyk

Castin Timberleyk (ing. Justin Timberlake) — ABŞ pop musiqiçisiMündəricat
1 Həyatı
1.1 İlk illər
1.2 1995-2002 ('N Sync)
1.3 2002-2004 (Justified)
1.4 2004-2006
1.5 2006-2007
1.6 2007-2009 və daha sonra
2 Digər işləri
3 Mənbə


Həyatı

Castin Timberleyk 31 yanvar 1981-ci ildə Memphis, Tennessee-də anadan olub, 6 Grammy mükafatı var. Hal-hazırda Amerikanın ən məşhur müğənni və aktyorlarından biridir. JT olaraq da tanınır. İlk dəfə 'N Sync qrupu vasitəsilə məşhur olub. 2002-ci ildə isə "Justified" albomu ilə solo kariyerasına başladı. İkinci albomu FutureSex/LoveSounds isə 12 Sentyabr, 2006-cı ildə yayımlanıb. "People" jurnalı tərəfindən 2005-ci ildə "Dünyanın ən yaraşıqlı kişisi" adına layiq görülüb.

İlk illər

O 1993-cü ildə "The Mickey Mouse Club" vasitəsilə daha da məşhurlaşdı. Beləliklə o məhz burada gələcək illərdə sevgilisi olan Britney Spears və Christina Aguilera ilə tanış oldu. Bununla belə qrup dostu olan JC Chasez ilə də burada tanış olub. 1995-ci ildə "The Mickey Mouse Club" proqramı bitdikdən sonra o, Chasez və Chris Kirkpatrick ilə 'N Sync adlı qrupu yaratdılar.

1995-2002 ('N Sync)

O, 1990-cı illərin populyar "boyband" qrupu olan N'Sync'in bir üzvü idi. Qrup 995-ci ildə qurulub və 1998-ci ildə ABŞ-da tanınıb. 2000-ci ildə Çıxardıqları "No strings attached" albomu həmin illərin ən tez satılan albomlarından biri oldu. 2002-ci ildə qrup "Celebrity" albomunu yayımladıqdan sonra, qrup fəaliyyətində bir az fasilə verməyi qərara aldılar. O boş dayanmaq istəmədi, və özünün solo albomunu hazırlamağa başladı. O, bu albom ilə boyband üzvü, teenage (yeniyetmə) qrupuna xitab edən, gənc qızların sevgilisi imicini qazanan, həm musiqi həm də görünüş mənasında, daha yaraşıqlı bir imic qurmağı hədəflədi. 2002-ci ilin Mart ayında uzun müddət sevgili olduğu Britney Spears'dan ayrıldı. Bu ayrılıq ona çox pis təsir etdi və o ürəyini belə desək – "alboma boşaltdı". O, "Cry me a river" adlı musiqini Britney üçün yazdı. Sözügedən musiqinin klipində diqqət çəkən daha bir məqam: klipdə rol alan qız Britneyə oxşayır və onun kimi geyinmişdir.

2002-2004 (Justified)

29 Avqust, 2002-ci ildə aylarla davam edən məşqlər sonrasında o, ilk dəfə "MTV Klip mükafatları" müsabiqəsində səhnəyə çıxaraq, albomunun ilk sinqlı olan və "The Neptunes" qrupu ilə birlikdə üzərində işlədiyi "Like I love you" adlı mahnını oxudu. Mahnı hit oldu və "Billboard Top 100" siyahısında ilk 11-lik arasında daxil oldu. Bu uğurundan sonra, 5 Noyabr, 2002-ci ildə "Justified" albomu yayımlandı. "N Sync"in daha əvvəlki albomundan az satıldı, lakin buna baxmayaraq o "Billboard Top 200 Album" siyahısında ikinciliyi ələ keçirdi. O, sevgilisi Britney ilə mediada çox tanınmasına baxmayaraq, albomu satış üzrə böyük uğur qazana bilmədi. ABŞ-da 3,5 milyon, dünyada isə 7 milyon nüsxə satıldı. Bu uğurda "The Neptunes" və "Timbaland" kimi prodüsserlərin də rolu böyük oldu. Albomun uğuru 2003-cü ilin sonlarına qədər davam etdi. Albomdan bir çox hit çıxdı. O, albomunu daha da tanıtmaq üçün Christina Aguilera ilə Justified&Stripped adlı səyahətə çıxdı. Daha sonra isə Cry me a river adlı mahnısına klip çəkdirdi. 2003-cü ilin sonunda "I'm lovin' it" adlı mahnıya bir sinql çıxardı, bu sinql "McDonald's" tərəfindən də istifadə edilib.

2004-2006

2004-cü ildə Grammy mükafatını qazandıqdan sonra, musiqi kariyerasında bir az fasilə verdi, bu dəfə daha çox film kariyerasına meyilləndi. Bu dövrdə çəkdiyi filmlərdən ən vacib rolunu "Edison" filmində bir jurnalisti canlandıraraq oynadı. Rol aldığı filmlər bunlardır: Alpha Dog, Black Snake Moan, Richard Kelly'nin Southland hekayələri. O, "Shrek 3" filmində səsi ilə də yer aldı. Həmçinin Cameron Diaz da adı gedən filmdə səsləndirmə etmişdi. Məhz buna görə də onların sevgili olduqları şayələri yayıldı. Bu dövrlərdə o, başqa müğənni və qruplarla duetlər oxuyub. Bunlardan bəziləri: Black Eyed Peas, Nelly və Snoop Dogg-dur. 2005-ci ildə o səs tellərindən əməliyyat olundu. Elə həmin dövrlərdə də "JayTee Records" adlı öz şirkətini qurdu.

2006-2007

12 Senyabr, 2006-cı ildə son albomu FutureSex/LoveSounds albomunu yayımladı. 2005-ci ildən etibarən hazırlanmağa başlanılan bu albom "Billboard" siyahısında 1-ci yerə layiq görüldü. Bu albom eyni zamanda musiqi tarixinin albom çıxmamış iTunes'da ən çox sifariş edilən albomu oldu. Albomun ilk sinqlı "SexyBack" oldu və o, bu sinqlı 2006-cı il "MTV Klip mükafatları"nın açılışında oxudu. Sinql 1 həftə amerikan musiqi listlərində nömrə 1 sinql oldu. 2006-cı ilin Oktyabr ayında O, musiqi kariyerasına, film kariyerasından daha çox önəm verəcəyi dedi. Daha sonra isə albomdan ikinci sinql "My Love" yayımlandı. O, 2006-cl il "Victoria's Secret Fashion Show"da qonaq sənətçi olaraq iştirak etdi. Həmin dövrlərdə də Jessica Biel ilə sevgili olmuşdur. 2007-ci ilin Fevralında, albomun üçüncü sinqlı – "What goes around.../...Comes around" adlı musiqini yayımladı. Sözügedən musiqinin klipində Scarlett Johansson da yer almışdır. Albomdan dördüncü sinql olaraq "LoveStoned" adlı mahnısını seçdi. Daha sonra Beyonce-lə duet – "Until the end of time" və son olaraq "Chop me up" adlı mahnılar sinql kimi yayımlandı. O, bu albom üçün 2007-ci ildə FutureSex/LoveShow adlı bir konert səyahətinə çıxdı.

2007-2009 və daha sonra

O, Mr. Timberlake adı verdiyi ümumi bir albom yayımladı. Ciara ilə yayımlıadığı "Love Sex Magic" adlı duet dünyada ən çox dinlənilən musiqi olaraq toplistlərdən düşmədi.

Digər işləri

O, uşaqlıq dostu Trace Ayala ilə "William Rast" adında bir kolleksiya da hazırladı. ABC kanalı NBA-nın açılışı üçün ondan bir musiqi istədi. 2005-ci ildə Grammy Münsifləri, onu insancıl yardımlarına görə mükafatlandırdı. 2002-ci ilin sonlarında MTV-nin məşhur verilişi Punk'd-nin ilk məşhur qonağı oldu. MTV tərəfindən Kelly Osbourne'a edilən zarafatda yer aldı və beləcə verilişdə bir dəfədən daha çox yer alan ilk məşhur oldu.

Noyabrın 2-si, 2006-cı ildə yayımlanan "MTV Avropa Musiqi Mükafatları" adlı müsabiqənin aparıcılığını edib. Nickelodeon uşaq kanalı, 3 Fevral, 2007-ci ildə "2007 Nickelodeon Kids Choice Awards"ın aparıcılığını edib. 2008-ci ildə Pepsinin maraqlı bir reklam rolikində rol aldı. Zəhmətkeş biri kimi tanınan JT, 17 Oktyabr, 2009-cu ildə Shriners Hopitals for Childrean adında bir uşaq xəstəxanası üçün Justin and Friends adlı bir konsert verdi. Bu konsertdə onunla bərabər Alicia Keys, Ciara, Snoop Dogg, Jay Sean, Taylor Swift və TLC kimi məşhurlar da çıxış edib.


Tarix: 24.01.2013 / 19:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 585 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...