Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülyaz Məmmədova

Gülyaz Məmmədova - Müğənni. Filmlərdə mahnı ifa edən və iştirak edən.

Həyatı

Yüksək dərəcəli vokalist Məmmədova Gülyaz Zakir qızı 1 may 1970-ci ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1977-1987-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə oxuyub. 1988-1992-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Musiqi Kollecində (keçmiş A.Zeynallı adına Musiqi texnikumu) təhsil almışdır. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində «solo oxuma» xanəndəlik fakültəsində təhsil almışdır. 1991-ci ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında solist vəzifəsində çalışır. 1993-cü il Avstriya Dünya festivalında Vyan-Trats şəhərlərində;

2000-ci ildə Almaniyanın Honnover şəhərində EKSPO – 2000 sərgisində; 2000-ci ildə Türkiyədə «Boğaziçi» festivalında İstanbul və Ankara şəhərlərində; 2001-2002-ci illərdə «Bakı – Tiflis – Ceyhan» neft kəmərinin təbliğ qrupunun konsert proqramında; 2002-ci ildə Fransanın Strassburq şəhərində Azərbaycanın Avropa Şurasına daxil olmasının 1 illiyi münasibətilə təşkil olunmuş konsert proqramında; 2002-ci ildə Avstriyanın Vyana şəhərində, Moskvada, Ukraynanın Kiyev şəhərində, 2002-2003-cü illərdə Moskvada «Azərbaycan Mədəniyyəti günləri»ndə;

2002-ci ildə Ukraynada, 2002-ci ildə MDB dövlətlərarası festivalda; 2003-cü ildə Moskva və Minsk şəhərlərində, 2003-cü ildə Almaniyanın Mayns şəhərində «Azərbaycan Mədəniyyəti günləri»ndə; 2004-cü ildə Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə, 2005-ci ildə Moldovanın Kişinyov şəhərində; 2005-ci ildə Avstriyanın Vyana şəhərində «Azərbaycan Mədəniyyəti günləri»ndə; 2006 – Naxçıvanda «Dövlət müstəqilliyi günü» ilə əlaqədar qastrol səfərlərində olub.

1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya
Nəriman Əliyev (film, 2005)
Bəylik dərsi (film, 2007)


Tarix: 21.01.2013 / 20:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 283 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...