Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elnarə Xəlilova

Müğənni. AktrisaMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 İstinadlar
5 Həmçinin bax


Həyatı

Xəlilova Elnarə Sabit qızı 1 oktyabr 1980-ci ildə anadan olub , boyu 165 sm - dir .

1987-cı ildə 144 № orta məktəbə gedib, 1997-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin filalogiya fakultəsinə daxil olub və Universiteti qırmızı diplomla bitirmişdir. Hal-hazırda təhsilini Milli Konservatoriyada davam etdirir.

Uşaqlıqdan oxumağı çox sevir. 2000-cı ildə Vaqif Gərayzadənin triosuna dəvət alıb. Qrupda çalışdığı vaxtlar Zülfiyyə Xanbabayevanın, Aygün Kazımovanın və bir çox ulduzların bek vokalisti olub. Qrupdan ayrıldıqdan sonra "Şərq Ulduzları" uşaq teatrında çalışıb. Sonradan "Elnarə və onun dostları" qrupunu yaradıb. 2003-cü ildə "SS Production" şırkəti ilə 5 il müddətinə müqavilə bağlayıb və solo karyerasına başlayıb. İlk mahnısı "Sənsizəm" olub. Həmin il "Qəm otağı" adlı ilk klipi işıq üzü görüb. "Gənc Sim", "Pantene Pro-v" markalarının Azərbaycanda siması olub. Bundan əlavə Özbəkistanda "Nəzakət", Azərbaycanda istehsal olunan "Məşədi İbad-97" filmlərində baş rol alıb. İndiyə kimi 6 klipi işıq üzü görüb - "Qəm Otağı", "Məhəbbət Payım", "Uzaqlara", "Yuxulu şəhər", "Çünki gəncsən", "Cibdə varsa pul". 2006-cı ildə ailə həyatı qurub. Həmən o ildə "Məhəbbət Payım" adlı solo albomunu buraxıb. "Səbuhi" studiyasında yazılan disk 16 mahnıdan ibarət olub.

Ailəlidir. 2 övladı - 1 qızı, 1 oğlu var. 2006-cı ildə ailə həyatı quran Elnarənin 2007-ci il iyunun 22-də qızı, 2009-cu il oktyabrın 11-də oğlu olub.[1]

Filmoqrafiya
Məşədi İbad-94 (film, 2005)-Gülnaz
Milçək (film, 2006)(mahnı ifa edən)


Tarix: 21.01.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 372 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...