Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xasthur

Xasthur 1995-ci ildə Malefic ləqəbli musiqiçi Scott Conner tərəfindən Kaliforniya, Alhambrada qurulmuş, bir nəfərlik köhnə depressive black metal qrupudur. Malefic, Xasthuru qurmamışdan əvvəl çoxsaylı death metal qruplarında rol alıb. Xasthur hər nə qədər xışırtılı musiqi və meyit makiyajı etsə də, bənzərlərindən fərqli olaraq Paqanlıq, Satanizm, Xristianlıq əleyhdarı kimi məşhur mövzular üzərinə deyil, astral səyahət, qaranlıq, ümidsizlik, intihar, nifrət və ölüm üzərinə mahnı sözləri yazmışdır.

2007-ci ildəki konsertdən

Malefic, Sunn O))) ilə tura çıxmış və səhnədə Nachtmystium ilə birlikdə oxumuşdur. Pitchfork Media'ya verdiyi bir müsahibədə isə "bu qrupu canlı musiqi nümayişlərindən uzaq tutacağam" demişdir. Burzum və Gravelanddan təsirləndiyi bilinməkdədir. Malefic qrupun adını ilk əvvəl "Xasthuriath" qoysada sonradan uzun olduğu səbəbindən "Xasthur" olaraq dəyişdirdi. Xasthur, "Hastur" və "Xenaoth" adlarının birləşməsindən yaranan bir sözdür. Malefic ilk adı Necronomicon kitabında tapdığını və mənasının "insanları yuxusunda öldürən şeytan" olduğunu, ikinci adın isə bir Afro-Karib dini olan Santeríanın kitabında oxuduğunu və səmavi ilah mənasına gəldiyini deyib. Qrupun logosu "Blood Moon Ausar" tərəfindən yaradılıb.



DiskoqrafiyaAlbomTipİl
Rehearsal '97Demo1997
Orosius / XasthurSplit1999
A Darkened WinterEp2001
A Gate Through Bloodstained MirrorsDemo2001
Xasthur / Acid EnemaSplit2002
Rehearsal 2002Demo2002
Nocturnal PoisoningBütöv albom2002
Suicide in Dark SerenityEp2003
The Funeral of BeingBütöv albom2003
A Sermon in the Name of DeathDemo2004
Xasthur / Angra MainyuSplit2004
Nachtmystium / XasthurSplit2004
Telepathic with the DeceasedBütöv albom2004 ("Moribund Cult" qeyd şirkəti tərəfindən)
To Violate the ObliviousBütöv albom2004
Leviathan / XasthurSplit2004
Nortt / XasthurSplit2004
Subliminal GenocideBütöv albom2004
XasthurEp2006
Striborg / XasthurEp2007
Cryostasium / XasthurSplit2007
Defective EpitaphBütöv albom2007
A Living HellSplit2008
All Reflections DrainedBütöv albom2009
2005 DemoDemo2010
Portal of SorrowBütöv albom2010
Nightmares at DawnCompilation2012


Tarix: 29.01.2013 / 13:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 333 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...