Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tiko Torres

Tiko Torres (ing. Tico Torres; əsl adı Hector Samuel Juan "Tico" Torres) — ABŞ musiqiçisi, Bon Jovinin zərb alətləri ifaçısı olan kubalı - italiyalı Hektor və Emma Torreslərin ailəsində dünyaya gələn Tiko Torresin əsl adı Hektor Samuel Juan Torresdir. Nyu-Cersidə böyüyən Torres, JFK Memorial liseyini bitirmişdir. Caz musiqi dinlədiyi dövrlərdə Joe Morello ilə işləyən Tiko Torresin təsirləndiyi sənətçilər arasında John Coltrane, Elvin Cons, Led Zeppelin və The Beatles kimi musiqiçilər və musiqi qrupları var. Ləqəbi Hitman olan Tiko Torres, 1983-ci ildə Bon Joviyə qatılmadan əvvəl aralarında, Franke and the Knockouts, Pet Benatar, Çak Beri, Şer, Alice Cooper və Stevie Nicks kimi adların olduğu musiqiçilərlə həm studiya həm də canlı performanslarda işləmiş və cəmi 26 albomda yer almışdır.

1983-ci ildə Bon Jovi'nin qurulması ilə birlikdə ilk həyat yoldaşından ayrılan Tiko Torres, 1996-ci ildə Çex top model Eva Herzigova ilə evlənmişdir. Nyu Cersidə baş tutan toya cütlüyün ailələri, Donald Trump və Bon Jovi üzvləri kimi məşhurların da arlarında olduğu yaxın yoldaşları gəlmiş, cütlük məşhur toy rəqsini isə Bon Jovi'nin canlı Always mahnısının sədaları altında etmişdir. 1998-ci ildə Eva Herzigova'dan ayrılan Torres, 2001-ci ilin sentyabrında Maria Alejandra ilə evlənmişdir. Cütlük, 9 Yanvar 2004-cü ildə doğan oğullarının adı Hector Aleksandr qoydu.

Musiqidən əlavə rəssamlıq edən Tiko Torresin ilk sərgisi Nyu Yorkdakı Ambassador Galleries'də reallaşdı. 1994-ci ildən bu yana bu yolda sənətini sərgiləməyə davam edir. Şəkil çəkməyi öz-özünə öyrənən və bu mövzuda hər hansı bir təhsil almamış olan Torresin əsərlərində gündəlik həyata və qrupla olan həyatına dair mövzular ön plana çıxır. Əlavə olaraq körpə paltarları, oyuncaq, ləl-cəvahirat və mebel dizaynlarını Rock Star Baby markası ilə moda dünyasına təqdim edir.


Tarix: 28.01.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 289 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...