Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nizami Rəmzi

Nizami Rəmzi (Nizami Rəmzi oğlu Baxşıyev; d. 20 dekabr 1947, Bakı - 19 yanvar 1997) — meyxana ustası, qəzəlxan şair.Mündəricat
1 Həyatı
2 Fəaliyyətləri
3 Yaradıcılığı
4 Xarici keçidlər
5 Həmçinin bax


Həyatı

1947-ci il dekabırın 20-də Bakıda anadan olub. Əslən Azərbaycanın Xızı rayonundandır. Bakıdakı 176, 158 və 159 saylı məktəblərdə orta təhsil almış, 1967-ci ildə Bakı Ticarət Texnikumunu bitirmişdir. Əmək fəaliyyətinə sürücü kimi başlamış, 1997-ci il yanvarın 19-da elə sükan arxasında faciəli yol qəzasında dostu, meyxana ustası Kəbir Azəri ilə birgə vəfat etmişdir.

Fəaliyyətləri

Nizami Rəmzi yaradıcılığı ilə meyxana janrına yeni bir ruh verdi, ona mədəniyyət, etika gətirdi. Rəmzinin bu janra getirdiyi yeniliklərdən biri də onun meyxananı musiqi ilə ifa etməsi idi. Ona qədər isə meyxana ancaq çırtma və nağara aləti ilə deyilirdi. Musiqi ilə müşayət isə meyxananı daha da təsirli edirdi.

Rəmzi 1988-ci ildə "Meyxana" folklor ansamblının yaradıcısı olmuş, meyxananı adi toy, el şənliklərindən böyük sənət ocaqlarına, səhnələrinə çıxarmışdır. İlk dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında və Respublika Sarayında meyxana janrını geniş auditoriya qarşısında nümayiş etdirmişdir. Bu konsertlər bir qayda olaraq anşlaqla keçirilirdi. Meyxananı televiziya ekranlarına da ilk dəfə N.Rəmzi çıxarmış, məşhur televiziya verlişlərindən olan "Dalğa" proqramında səsləndirmişdir.

Sonralar isə o, müntəzəm olaraq televiziyaya dəvət edilirdi. Meyxanaçılar arasında ilk dəfə kinofilmə ("Qəzəlxan") və sənədli filmə ("Göy qurşağı") də məhz Nizami Rəmzi çəkilmişdir. Xarici ölkələrə də meyxananı ilk dəfə Nizami Rəmzi çıxarmışdır (Türkiyə, İran, Almaniya, İsrail, Gürcüstan, Özbəkistan, Rusiya və s.). Son dövrlər bəzi şairlər bu janrda ilk klip çəkdiklərini bildirirlər. Əslində meyxana janrında ilk klipi də Nizami Rəmzi çəkdirmişdir. İlk dəfə qadın müğənnilərlə musiqisinin və sözlərinin özünə aid olduğu duetləri ifa etmişdir.

N.Rəmzi həm də bəstəkar və muğənni idi. Onun "Ana", "Təbrizim", "Xızı dağları", "Aşiq və Canan" və s. mahnıları indi də muğənnilər tərəfindən ifa olunur. Hetta "Dağlı balasıyam" mahnısını N.Rəmzi vəfat edəndən sonra bəzi müğənniler sözlərini dəyişərək "Bakılı balasıyam" kimi oxuyurlar. Meyxananın caz ilə sintezini də Nizami Rəmzi R.Behbudov adına Dövlət Mahnı Teatrı ansamblının müşayiəti ilə lentə almış, bununla "caz-meyxana"nın təməlini qoymuşdur. Bu çox qiymətli lent yazısı N.Rəmzinin arxivində qorunur. Respublikanın əməkdar artisti Bilal Əliyev Nizami Rəmzi ilə birgə "Torpaqdan pay olmaz" adlı caz-meyxana oxumuşdur.

Yaradıcılığı

Şair öz meyxanalarında sovet dövrünün haqsızlıqlarını, eybəcərliklərini, nöqsanlarını açıq-aşkar əks etdirib. Onun "Gör neçə illərdi yalan görmüşəm", "Sən nə qoymusan, nəyi axtarırsan", "Dəyirmanımızı" və s. kimi meyxanalarını buna misal göstərmək olar. Sovet dövründən sonra müstəqillik və azadlıq, Azərbaycan-Ermənistan müharibəsi və ondan sonra baş verən siyasi, ictimai hadisələr Rəmzinin sənətinə təsir göstərmişdir. Məhz həmin dövrdə "Yazıldı dastanı Azərbaycanın", "Lay-lay Azərbaycan", "Biləsən Vahid", "Vəziryan", "Qorbaçov", "Xilaskarımız" adlı məşhur meyxanaları yaranmışdır.

Meyxanadan əlavə Rəmzi həm də şair, qəzəlxan idi. O yazılarında əsasən vətənə və anaya məhəbbəti, eşqdə vəfanı, dostluqda sədaqəti, həyatda dürüstlüyü, Allaha, peyğəmbərə, imamlara, Qurana və şəriətə inamı tərənnüm edir. "İlahi", "Kimsəsizler kimsəsi", "Şəm onu yandıracaqdır", "Etdi ilahim", "Azərbaycanım", "Pərvanə tapılmır", "Ana", "Özü", "Darıxır", "Kərbəla vaqiəsi" və s. qəzəllər şairin yaradıcılığının rəmzidir.
Kimsəsizlər kimsəsi

Kimsəsiz bir kimsəyəm, ey kimsəsizlər kimsəsi,
Kimsəsizləri eşidərsən qoparsa kim səsi.

Nurun ilə xəlq eylədin kainatın kürrəsini,
Sən sönməyən bir çırağsan biz yanan pərvanəsi.

Ən birinci xəlq eylədin Adəmi dünyada sən,
İnsanın aşiqi oldun biz bu eşqin parəsi.

İsmaili əfv etdirib, İbrahimə kəsdirmədin,
Qaldı "Qurban bayramı" İsmailin nişanəsi.

Yaquba Yusifi verdin, Davuda Süleymanı,
Eyyuba da səbri, qurda ruzi oldu yarəsi.

Məhəmməd Mustafaya həvalə etdin Quranı,
Adınla birinci başlayır Quranın ayəsi.

Nizami Rəmzinin Allahından bir diləyi var,
Qismət olsun "Ər-Rəhman" ilə getsin cənazəsi.
Gəzər

Arif olsan əməlin tarixi meydanda gəzər,
Yalqız olmaz bu cür insan, belə dövranda gəzər.

Gül üzlü sevgilim hər gün məni ansaydı əgər,
Ülvi eşqim yenə də saheyi-səhmanda gəzər.

Nəyə lazımdı mənə özgə cürə fitnə-fəsad,
Aqiləm, məndə olan söz yeni ünvanda gəzər.

Məni Məcnun eləyən, hamı bilir, Leyli olub,
Axtarıb Leyli məni, çöllü-biyabanda gəzər.

Ləyaqət əhlinə böhtan diləyən nakəslər,
Yalqız qalar yenə də, bil, özü böhtanda gəzər.

Aşiqəm mən o yara, bəs nə sual eyləyəcək?
Canı candan diləyən başqa imtahanda gəzər.

Atmaq olmaz vətəni, çünki ana yurdum olub,
Nizami Rəmzi daim Azəribaycanda gəzər.


Tarix: 27.01.2013 / 14:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 609 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...