Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kövkəb Səfərəliyeva

Kövkəb Səfərəliyeva (3 yanvar,1907 - 27 iyun, 1985) - pianoçu, pedaqoq. Azərbaycan Respublikasının xalq artisti (1972).

Kövkəb Səfərəliyeva 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş, həmin tədris müəssisəsinin professoru olmuşdur (1952).

Musiqi təhsilinin inkişafında böyük əməyi olan Kövkəb xanım 1937-ci ildə Konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbini yaratmış (indiki Bülbül adına məktəb) və onun direktoru olmuşdur (1937 - 1952). Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.


Tarix: 26.01.2013 / 13:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 663 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...