Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Con Bon Covi

Con Bon Covi (ing. Jon Bon Jovi; əsl adı John Francis Bongiovi) — ABŞ-dan musiqiçi, bəstəkar, aktyor və qurucusu olduğu öz adını daşıyan rok musiqi qrupu Bon Jovinin solistidir. Bu günə qədər qrupu ilə on bir studiya albomuna imza atan Con Bon Covi solo fəaliyyət göstərərək iki albom da yayımlamışdır.

Con Bon Covi 1995-ci ildə "Moonlight and Valentino" filmi ilə kino aktyorluq karyerasına başladı və bu günə qədər on üç kino filmində rol alan musiqiçi Sex and the City və Ally McBeal kimi müxtəlif TV seriallarında qonaq aktyor olaraq yer aldı. The Jon Bon Jovi Soul Foundation vəqfinin qurucusu olan sənətçi bir çox xeyriyyəçilik işləri ilə də məşğuldur. 2005-ci ildə Luizianada qasırğada evlərini itirənlər üçün 28 ev tikdirdi və bu evlərin yerləşdiyi küçəyə Bon Jovi Bulvarı adı verldi. Con Bon Covi, 2000-ci il ABŞ prezident seçkilərində Al Gore, 2004-ci ildə John Kerry və 2008-ci ildə Barak Obamanın namizədlik kampaniyalarında iştirak etdi. Musiqiçi, Arena Futbol Liqası komandalarından Philadelphia Soulun da qurucularındandır.

2012-ci ildə Billboard jurnalı Con Bon Covi'yə musiqi dünyasının ən güclü və ilham verici 100 insanı siyahısında yer verdi. 2010-ci ildə Forbes jurnalı isə musiqiçini 125 milyon dollarlıq qazancla 2010-ci ilin ən çox qazanan ikinci musiqiçisi olaraq təyin etdi. Con Bon Covi People jurnalı tərəfindən dünyadakı ən gözəl 50 insandan biri olaraq seçildiyi vaxt yenə eyni jurnal tərəfindən "Ən Seksual Rok Ulduzu" olaraq təyin olundu. 2009-ci ilin Yanvar ayında İngiltərədə statistik mövzusunda bir nüfuz olaraq qəbul edilən OnePoll tərəfindən skiddle.com'un dəstəyi ilə və olduqca geniş miqyaslı iştirakla həyata keçirilən bir ankete görə Rock Allahı anketində Freddi Merkyuri və Elvis Preslinin ardından üçüncü sırada yer aldı. Musiqiçi 2009-ci ildə bəstəkarlar üçün təşkil edilən Songwriters Hall of Fame tərəfindən şərəfləndirildi. Musiqiçiyə 2001-ci ildə Nyu Cersidə Monmouth Universiteti tərəfindən Elmlər Doktoru ünvanı verildi.

Diskoqrafiya

Solo Albomlar
1990 - Blaze of Glory
1997 - Destination Anywhere

FilmoqrafiyaİlFilmRol
1990Young Guns II
1995Moonlight and ValentinoRəssam
1996The Leading ManRobin Qranq
1997Destination AnywhereCon
Little CityKevin
1998HomegrownDenni
No Looking BackMaykl
Row Your BoatCemi Midovs
1999Sex and the citySet
2000U-571Leytinant Pete Emmet
Pay It ForwardRiki Makkinni
2001–2002Ally McBealViktor Morrison
2002Vampires: Los MuertosDerek Bliz
2005Cry WolfRiç Volker
2006National Lampoon's PuckedFrenk Hoper
The West WingÖzü olaraq
201030 RockÖzü olaraq
2011New Year's EveCensin


Tarix: 24.01.2013 / 19:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 536 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...