Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şövkət Ələkbərova

Ələkbərova Şövkət Feyzulla qızı (20 oktyabr, 1922 - 7 fevral, 1993) — istedadlı Azərbaycan müğənnisi, Azərbaycanın xalq artisti (1959).

Həyatı

Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdur. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirdiktən sonra səhnə yaradıcılığına başlamışdı.

1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir. Məlahətli, yumşaq tembrli səsi olan Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, dərin emosiyonallıq və lirizm səciyyəvidir. Məharətli improvizasiya ustalığı onun muğam yaradıcılığının əsas xüsusiyyətlərindəndir.

Azərbaycanı SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla təmsil edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.

Mahnıları

İfasındakı məşhur mahnılar:
Axşam
Ayrılıq
Gəl səhərim
Bir könül sındırmışam
Dərələr
Sən mənim, mən sənin
Sənsən ürəyim
Tez gəl

Canli İfasindan Nümunələr
Durnalar
Gəlmədin
Yenə O Bağ Olaydı
Qarabağ Mahnısı (1970)


Tarix: 12.01.2013 / 16:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 315 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...