Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günlərin birində Molla /

Günlərin birində Molla başqa kənddə yaşayan dostlarının birindən
bir eşşək alır. Bir müddət keçdikdən sonra dostu Mollanı bazarda görür.
Baxır ki, Molla eşşəyi yaman arıqladıb. Deyir:
– Ay Molla, mən bu eşşəyi sənə satanda yazıq top kimi idi. Bunu
niyə bu günə salmısan? Yəqin arpa vermirsən.
Molla deyir:
– Əşi, necə yəni arpa vermirsən? Heç elə də şey olar? Budu, üç
aydı mən bunu səndən almışam. Elə alan gündən də gündə on girvənkə
arpa kəsim kəsmişəm.

Dostu bir də eşşəyin o tərəf-bu tərəfinə keçib deyir:
– Ay Molla, belə ki, mən baxıram, bu eşşək heç gündə on girvənkə
arpa yeyən eşşəyə oxşamır.
Molla deyir:
– Hə... Elə sən bir azca haqlısan. Çünki düzdü, gündə on girvənkə
kəsim kəsmişəm, amma bir az əlim aşağı olduğuna görə heç verə bilməmişəm.
Amma mən haqq danan adam deyiləm. Hamısının hesabını
saxlayıram. İşim düzələn kimi borcumun hamısını verəcəyəm.


Tarix: 02.06.2013 / 17:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 126 Bölmə: Azeri Letifeler
loading...