Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səməd ağa Ağamalıoğlu

Həyatı

Səmədağa Həsən oğlu 1867-ci ildə Qazax qəzasısının Qıraq Kəsəmən kəndində anadan olmuşdur.1887-ci ildə Vladiqafqaz hərbi progimnaziyasını bitirmişdir.1905-07 illər inqilabında iştirak etmişdir. 1917 ilin aprelindən RSDFP-ini birləşmiş Komitəsi İcrayyə komitəsinin və Yelizavetpol Sovetinin üzvü olmuşdur. 1918-ci ilin fevralında Tiflisə köçmüş, yerli menşevik "Hümmət" təşkilatının görkəmli xadimlərindən, həmin təşkilatın orqanı "Gələcək" və "Pobujdeniye" Qəzetlərin redakotoru olmuşdur. 1918-ci ilin sonunda Bakiya gəlmişdir.

1920-ci ildən Sovet İKP üzvü olmuşdur. Musavat parlamentində sosalist fraksiyasının üzvü olan Bolşeviklərin xəttinə tərafdar çıxmış Musavatçıların xalqa zidd əks-inqilabi siyasətini qətiyyətlə pisləmiş, İngilis silahlı müdaxiləçilərinin Bakıdan çıxarılmasını Azərbaycan ilə sovet Rusiyası arasında ittifaq tələb etmişdir Azərbaycanda Sovet hakimiyyətinin qələbəsin dən sonra respublikanın ilk xalq torpaq komisarı 1921-ci ildə Azərbaycan SSR MİK sədri, habelə Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra respublikanın ilk xalq torpaq komisarı 1921-ci ildə. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra respublikasının ilk xalq torpaq komissarı, 1921 ildə Azərbaycan SSR MİK sədrinin müavini, 1922-1929-cu illərdə Azərbaycan SSR MİK sədri, habelə ZSFSR MİK sədrlərindən biri olmuşdur.

1930-cu ildə Moskvada vəfat edən Səməd ağa Ağamalıoğlu orada da dəfn olunmuş, sonradan cənazəsinin qalıqları Bakıya Fəxri Xiyabana köçürülmüşdür.

Azərbaycan SSR-də Ağamalıoğlunun adına kənd, ali məktəb, küçələr və s. vardı.
Fəaliyyəti

SSRİ-nin 1-ci Sovetlər qurultayında (1922) SSRİ MİK üzvü, sonra SSRİ MİK Rəyasət heyətinin üzvü. həmçinin dəfələrlə AK(b)P MK, ÜİK(b)P Zaqafqaziya Ölkə Komitəsi tərkibinə seçilmişdir. 1922 il avqustun 11-də V.İ.Leninlə görüşmüş, yeni əlifbaya keçmək sahəsində körülən tədbirlər, respublikanın ictimai, siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermişdir. 1921 ildə yaradılmış Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin sədri olan Ağamalıoğlu. Azərbaycanda və Sovet Şərqinin digər respublikalarında yeni latın əlifbasına keçilməsinə rəhbərlik etmişdir. Ağamalıoğlu geniş publisist fəaliyyət göstərmişdir.
Əsərləri

"Azərbaycanın siyasi vəziyyəti" (1919)
"Bizim yolumuz hayanadır?" (1924)
"Türk aləmində mədəni məsələlər" (1924)
"Türk-tatar xalqlarının təxirəsalınmaz mədəni ehtiyacları" (1925)
"Elmdən və tarixdən"; "Yeni türk əlifbasının müdafiəsində" (1927)
"Oktyabr inqilabı vz yeni əlifba", (1927)
"İki mədəniyyət"(1929)
"Namus" (1929)


Tarix: 06.07.2015 / 18:07 Müəllif: Feriska Baxılıb: 129 Bölmə: Azərbaycan coğrafiyası
loading...