Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Deyok

D e y o k (er. əv. VIII əsr) Asur mənbəyində Dayaukku. Asur dilində "k" səsi qoşalaşdırılmışdır. Əsl forması Dayauk olmuşdur. İ. M. Dyakonov bu adın qədim farsca dahuyi – ölkə, tayfa ittifaqi (fars dilində dəh – kənd sözünün qədim forması) və -k şəkilçisindən ibarət olduğunu yazmışdır[87], lakin düşünməmişdir ki, ölkə, tayfa ittifaqı sözü heç vaxt şəxs adına çevrilə bilməz. Ad şumercə da – (Allahın) qərarı ilə və uku – övlad, varis (qədim türkcədə də uk – varis, oğul, nəsil sözlərindən ibarətdir. Ad Allahın qərarı ilə doğulmuş övlad mənasındadır.


Tarix: 15.01.2015 / 19:15 Müəllif: Feriska Baxılıb: 66 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...