Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zeynalabdin xan Qaragözlü

Həyatı
Zeynalabdin xan Şamlı elinin Qaragözlü oymağının məşhur simalarından Hüseyn xan Hüsamülmülkün oğludur. Həmədan şəhərində doğulmuşdu.

Zeynalabdin xan 1887-ci ildən 1894-cü ilədək Kirmanşah əyalətinin vali müavini olmuşdu. 1890-cı ildən Kirmanşaha vali təyin edilmişdi. Bu əyalətdən əlavə Lurestan, Burucerdin hakimiyyəti də ona tapşırılmışdı. O, Əmiri-Əfxəm ləqəbini də daşıyırdı.

Ailəsi
Zeynalabdin xanın Qulamrza xan adlı oğlu vardı. O, Müzəffərəddin şahın qızı Qəmərəssəltənə Məlaikə xanımla ailə qurmuşdu. Zeynalabdin xan İftixarülmülk ləqəbini daşıyırdı.


Tarix: 14.01.2015 / 17:30 Müəllif: Feriska Baxılıb: 25 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...