Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nağı xan Şahsevən

Həyatı
Nağı xan 1867-ci ildə Ərdəbil şəhərində anadan оlmuşdur. Müкəmməl hərbi təhsil almışdır. Sərdari-Rəşid ləqəbini daşıyırdı. Məşrutə hərəkatında iştirak etmişdi.

Məhəmmədəmin Rəsulzadə yazır: "Gilanın iki mühüm səngəri vardır. Biri Tehran yolunda Qəzvin səmtində olub, yuxarıda zikr olunan səngərdir. Digəri isə Astara səngəridir. Gilanı talan etmək qəsdi ilə Tehran höküməti belə bir nəqşə götürmüşdür ki, Qəzvinə zikr olunduğu üzrə qoşun yeritmiş, o biri tərəfdən dəxi Ərdəbil-Rəşidülmülkünü təhrik və onun vasitəsi ilə Nəmin xanlarını təşviq edib, Astara üstünə göndərilir ki, iki tərəfdən Gilanı giridara salsın.

Lakin Gilan məşrutəçilərinin Tehran yolunda hazırlıqları nə dərəcədə isə Astara dəxi əhəmiyyətsiz deyildir. Hətta əvvəlinci bir müqabilədə məşrutəçilərin düşmənə qalib gəldikləri məlumdur. Heyran gədiyi deyilən bir səngəri-təbii də Nəmin Xəvanin adamları ilə astaralılar baş verən bir atışmada hökümət tərəfindən 9 nəfər ölüb, 2 nəfər əsir düşüb, 30 nəfərin dəxi yaralandığı qabaqca xəbər verilmişdi.

Hüseyn Əli xanın atlıları buranı mühafizə edəcək, Rəşidülmülkdən difa edəcək dərəcədə rəşiddirlər".[1]

1909-cu ilin sentyabr ayında Səttar xan Ərdəbilə gəlmişdi. Şahsevən elinin başçıları da, demək оlar ki, hamısı Ərdəbilə gələrək Səttar xanla tanış оldular. Lakin bir neçə gün keçdikdən sоnra оnlar çıxıb getdilər.

Məşrutə inqilabından sonra Məhəmmədəli şahı himayə edən ruslar Qarabağ və şahsevən tayfa başçılarının təhriki ilə Ərdəbil şəhərini öz ordularının qərargahına çevirdilər. 3 minə yaxın rus əsgəri general Fyodrovun rəhbərliyi ilə Ərdəbildə yerləşdirilmişdi. Əhalini müdafiə etmək bəhanəsi ilə Ərdəbilə gələn ruslar mütəmadi olaraq ətraf şəhərlərə və kəndlərə basqınlar edirdilər. Belə bir vəziyyətdə birləmiş əyalətlər və tayfalar da özlərinin yerli mübarizələri ilə daima bu bölgədə çaxnaşmalar yaradırdılar.

Ərdəbil valisi Sərdar Rəşid başda olmaqla xalq Osmanlı ordusunu duz-çörəklə, toy-bayramla qarşıladı.


Tarix: 14.01.2015 / 16:44 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...