Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ustaclı

Tarixi
Öncə Güney Azərbaycanın Muğan və Qaradağ vilayətlərində yaşam sürən ustaclılar monqol fütuhatı dönəmində Anadoluya qaçdılar. Burada yaşayan soydaşları ilə birləşib Sivas, Amasya civarında məskunlaşdılar. Ustaclı eli Ərətna bəyliyinin, sonra isə Qazi Bürhanəddin hökumətinin siyasi həyatında yaxından iştirak etmişdi. Osmanlılar dönəmində məzhəbləri ilə ilgili orduya cəlb olunmadıqlarından Səfəvilərə üz tutmuşdular.

Ustaclı elinin oymaqları əsasən Güney Azərbaycanda məskunlaşmışdılar. Zamanla oymaqlar elin tərkibindən çıxıb müstəqil elə çevrildilər. Məsələn, Quzey Azərbaycanın Naxçıvan vilayətində yerləşən Kəngərli oymağı sonradan böyük bir elə çevrildi. Bəzi oymaqlar isə daha güclü ellərə birləşdilər.

Ustaclı elinin bəzi oymaqları isə heç bir elə qatılmayıb yaşamını sürdürdü. Azərbaycanın bəzi bölgələrində Ustaclı toponiminə rast gəlinir.


Tarix: 13.01.2015 / 19:25 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...