Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qasımuşağı tayfası

Qasımuşağı tayfası — Hacısamlı oymağının bir tayfasıdır. Hacısamlı camaatı XV yüzilin ortalarında Xorasan əyalətindən gəlib. Öncə Şadlı elinə bağlı olan bu tayfa Qarabağda indiki Laçın rayonunun Kürdhacı kəndində məskunlaşıblar.

Bəzi mənbələrə görə Qasım bu torpağı qohumu Şirin bəy Hacı Hüsən bəy oğlundan alıb. O, Hacı Sam bəyin nəvəsi idi.

Qasımuşağı tayfasından 1867-ci ildə Məşədi Abbas İlyas oğlu, Uğurli Şahverdi oğlu, Həsən Bayram oğlu ətraf kəndlərdə tanınır, çörəkləri, bol süfrələri ilə ad çıxarmışdılar.

1887-ci ildə isə Teymur Qulu oğlu, Həsənəli Hüseynəli oğlu üzdə idilər.

Qasımuşağı tayfası Şamkənd, Çorman, Bozdağan, Piçənis, Kürdhacı, Ələkçi,Nağdalı və Ərikli kəndlərində yerləşdi.


Tarix: 13.01.2015 / 17:37 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...