Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanlıların Soyqırımı Günü ABŞ-da

Nevada ştatının qubernatoru Cim Qibbons 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə ştat ərazisində matəm elan edib (2009). APA-nın ABŞ bürosunun məlumatına görə, bu, ABŞ tarixində Azərbaycanlıların Soyqırımı Günü münasibətilə matəm elan olunmasına dair ilk haldır.

Qubernator Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) vasitəsilə qubernator ona ünvanlanan onlarla məktuba cavab olaraq tariximizin qanlı səhifəsinə həsr olunan bəyanat yayıb. USAN-nin icraçı direktoru Adil Bağırovun APA-ya verdiyi məlumata görə adı çəkilən bəyanatın ərsəyə gəlməsində təşkilatın Nevada ştatı üzrə fəalı Bob Güneyin böyük xidməti olub. Bəyanatda ermənilərin 1918-ci il mart ayında Bakı və Azərbaycanın digər şəhərlərində on minlərlə mülki azərbaycanlının qətlə yetirilməsi münasibətilə başsağlığı verilir. Qubernator məktubunda həmçinin qeyd edib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və rəsmi Vaşinqton Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi sayır.

Xatırladaq ki, bundan əvvəl ABŞ-da bir çox qubernator və şəhər merləri 28 may – Respublika Günü, 18 Oktyabr – Milli Müstəqillik Günü münasibəti ilə yerli azərbaycanlılara təbrik məktubları yollayıblar. Həmin məktublarda Azərbaycanın ərazi bütövlüyü tanınıb və Ermənistanın işğalçı dövlət olduğu qeyd olunub. USAN həmçinin Amerika kitabxanalarına Azərbaycan həqiqətləri haqqında bir çox akademik kitablar yollayıb


Tarix: 21.01.2015 / 17:39 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: Azərbaycanlı sülalələr
loading...