Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Usalı oymağın - tanınmış nümayəndələri

Usalı oymağının başçılarından biri Imamqulu sultan idi. I Şah Abbasa xidmət etmişdi. Kürdüstandakı Kavərud mahalının hakimi olmuşdu. Usanlı oymağının əmirlərindən biri də Zayir xandır. Zayir xan Əli xandan sonra Zəncanın hakimi olmuşdu. Bu oymağın adlı əmirlərindən biri də Abdulla xandır. Abdulla xan Usanlı 1797-ci ildə Xəmsə əyalətinin valisi olmuşdu. Fətəli şah Qovanlı-Qacara xidmət etmişdi. Usanlı oymağının tanınmış əmirlərindən biri də Qulamhüseyn xandır. Qulamhüseyn xan Zəncanın iri feodallarından idi. Tayfalar arası savaşda Həsən xan Cahanşahlını öldürmüşdü.


Tarix: 21.01.2015 / 16:35 Müəllif: Feriska Baxılıb: 27 Bölmə: Azərbaycanlı sülalələr
loading...