Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfəvi-Rusiya müharibəsi (1652-1653)

Səfəvi-Rusiya müharibəsi - Rusiyanın məntəqədə öz mövqeyini möhkəmləndirmək və Səfəviləri sıxışdırmaq məqsədi ilə bağlı Şimali Qafqazda silahlı qarşıdurma. Səfəvi qoşunları və onların müttəfiqləri Rusiyanın ələ keçirməyə planlaşdırdığı ərazilərə bir neçə yürüş təşkil etdilər. Yenicə Səfəvilərin qələbəsi ilə Səfəvi-Moğol müharibəsi (1638-1653) bitmişdi. Rusiya isə əksinə yenicə Polşa ilə Ukrayna uğrunda rəqabətə girmişdi. 1653-cü ildə Rusiya Ukrayna uğrunda Polşa ilə artan rəqabət şəraitində, qüvvələrini yayındırmamaq məqsədi ilə mübahisəni yoluna qoymaq üçün Səfəvilərin yanına səfirlik göndərir. II Abbas Rusiya ilə razılaşır.


Tarix: 21.01.2015 / 14:34 Müəllif: Feriska Baxılıb: 14 Bölmə: Azərbaycanlı sülalələr
loading...