Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəki xan sarayı Tarixi

Müasir dövrdə "Şəki xan sarayı" adı ilə tanınan bu bina - "Məhəmmədhəsən xan divanxanası" Məhəmmədhəsən xan tərəfindən tikdirilmişdir. Binanın tikintisinə 1789-1790-cı ildə başlanılıb. Çox vaxt onun tikilmə tarixi səhvən "Şəkixanovların evi"nin ("Müştaq imarəti" - "Qurğuşunlu otaq"ın) tikilmə tarixi ilə qarışdırılır. Binanın inşasına o vaxt 32 min çervon, yaxud, 32 min İran tüməni məbləğində pul xərclənmişdir[3]. Memar şirazlı Zeynalabdindir. Qala biyar yolu ilə tikilmişdir[4]. Qaladakı indiki kilsə 1828-ci ilə qədər xanın ev məscidi idi və göstərilən ildə ruslar tərəfindən indiki formaya, yəni xaç formasına salınmış və kilsə edilmişdir. Ruslar xanın hərəmxanasının yerində isə türmə binası tikmişlər. Qalanın dörd küncündəki 4 böyük bürc də ruslar tərəfindən topdan atəş açmaq üçün inşa edilmişdir.


Tarix: 13.01.2015 / 13:49 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Azərbaycan xanlıqları
loading...