Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bölükət mahalı

Tarixi
Kürdəmir və Ağsu rayonlarının ərazisində mövcud olmuşdur.

Mahalın naibi Cəfər bəy (Mustafa xanın naziri olan Hacı Hüseyn bəyin qardaşı) idi. Şirvan xan ailəsinin əsas mülkləri bu mahalda yerləşirdi.

Əhalisi
1821-ci ildə 10 kənddə (Ağsu, Kürdəmir, Qarasaqqallı, Nöycü, Cəyli, Külüllü, İsmayıllı, Mollaəlioğlu, Şıxməzid, Ağrı) 300 ailə yaşayırdı.

İqtisadiyyatı
Bölükət mahalının sakinləri bağçılıq, üzümçülük, pambıqçılıq, baramaçılıq, çəltikçiliklə məşğul olurdular.


Tarix: 13.01.2015 / 13:33 Müəllif: Feriska Baxılıb: 26 Bölmə: Azərbaycan xanlıqları
loading...