Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sərdar Hüseyn xanın bayrağı

İrəvan sərdarına məxsus bayrağın qumaş hissəsinin ölçüləri 145 x 261 x 217 sm-dir. Tünd qırmızı mahud parçadan hazırlanmışdır. Bayrağın yuxarı enli hissəsində Şiri-Xurşid təsvirləri tikilmişdir. Sarıya çalan açıq qəhvəyi rəngli quramadan hazırlanmış şir yandan təsvir olunmuşdur. Şir quyruğunu belinə qatlanmış, sağ qabaq pəncəsini qaldırılmışdır. Şirin gözləri qara və sarı, dişləri, dili və caynaqları Sarı sapla tikilmişdir. Şirin arxasından yarımdairə formasında çıxan insan sifətli günəş sarı mahud parçadan quranmışdır. Günəşin burnu və qaşları qara, gözləri isə qara və sarı saplardan tikilmişdir. Mavi parçadan olan günəşin şüaları açıq qəhvəyi ipək saplarla bayrağın qumaşına tikilmişdir. Şir və günəşin təsvirindən yuxarıda, ona paralel olaraq, bir birinin yanında, açıq qəhvəyi mahud parçadan iki altıguşəli kartuş quranmışdır. Şirin quyruğu yanındakı kartuşda ərəb dilində "Mən şəriətə uyğun hərəkət edirəm", digərində isə "Kömək Allahdandır, yaxın qələbə" sözləri təkəlduz tikməsi ilə qara ipək saplarla tikilmişdir. Bayrağa müxtəlif rəngli (qəhvəyi, açıq qəhvəyi və qızılı) ipək saplardan saçaq salınmışdır. Bayraq qumaşını bayrağın sapına taxmaq üçün tikilmiş torbacıq yaşıl mahud parçadandır. Bayraq sapının yuxarı hissəsinə gümüşü saplardan toxunmuş uzun qotaz asılmışdır. Həmin bayraq 1825-1826-cı illərdə hazırlanmışdır.


Tarix: 13.01.2015 / 13:30 Müəllif: Feriska Baxılıb: 26 Bölmə: Azərbaycan xanlıqları
loading...