Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərvişməhəmməd xan

Dərvişməhəmməd xan və ya Dərviş Məhəmməd xan — Şəki hökmdarı (1524-1551). Atası Həsən sultanın Gürcü çarı ilə döyüşdə həlak olmasından sonra Şəki əhalisi onu "hökumət taxtına əyləşdir"mişdi[2].

Dərvişməhəmməd xan 1538-ci ildə Buğurt qalasını mühasirəyə almış qızılbaşlara gecə basqınları etsə də, az sonra onlarla münasibətləri yaxşılaşdıra bilmiş və hətta I Şah Təhmasibin bacısı ilə evlənmışdi.

1549-cu ildən etibarən isə Dərvişməhəmməd xan ilə Səfəvilər dövləti arasında münasibətlər yenidən pisləşməyə başladı. Belə ki həmin ildə Şah Təhmasib Şəkiyə cəza dəstəsi göndərərmiş və bu ölkəni qarət etdirmişdi. 2 il sonra, 1551-ci ildə isə Şah Təhmasib özü böyük bir ordu ilə Şəki hökmdarlığının ərazisinə daxil oldu. Şəki ordusu ilə ilk toqquşmada qızılbaşlar qalib gəldilər və Şəkinin ən məşhur sərkərdələrindən birini əsir götürdülər. Daha sonra isə onlar Şəki hökmdarlığının üç əsas istehkamını eyni vaxtda mühasirəyə aldılar. Həmin istehkamlardan Dərvişməhəmməd xanın sığındığı "Gələsən-Görəsən" qalası istisna olmaqla, digər ikisinin müdafiəçiləri 20 günlük inadlı müqavimətdən sonra təslim olmağa məcbur edildi. Bundan sonra Dərvişməhəmməd xan bir gecə 400 nəfərlə "Gələsən-Görəsən"dən çıxdı. Bu zaman onlar ilə qalanı əhatəyə almış qızılbaş dəstələri arasında baş vermiş şiddətli döyüşdə həmin 400 nəfərdən 250-si və Dərvişməhəmməd xanın özü həlak oldu.


Tarix: 10.01.2015 / 18:02 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Azərbaycan xanlıqları
loading...