Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Musa Qasımlı - Elmi fəaliyyəti

Azərbaycan tarixinin bir sıra öyrənilməmiş problemlərinin - "Erməni məsələsi"ndən "erməni soyqırımı"na (1724-1920), Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918), 1920-1945-ci illərdə Azərbaycan istiqlal mübarizəsi və xarici dövlətlər, 1920-1922-ci illərdə Azərbaycan-Türkiyə, Azərbaycanın xarici dövlətlərlə diplomatik-siyasi münasibətləri, 1920-1924, 1960-1991-ci illərdə SSRİ-Türkiyə diplomatik-siyasi münasibətləri, 1946-1991-ci illərdə Azərbaycanın beynəlxalq mədəni əlaqələri və b. araşdırılması onun adı ilə bağlıdır.

ABŞ, Argentina, Türkiyə, Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, Polşa, Rumıniya, Qazaxıstan, Gürcüstan, İran, Kipr və b. ölkələrdə Azərbaycan tarixinin indiyədək araşdırılmayan problemlərinə həsr olunmuş irihəcmli 11 monoqrafiyası və nüfuzlu jurnallarda 50-dən çox elmi məqaləsi ingilis, ispan, türk, rus,ukrayn, polyak, rumın,fars və b. dillərdə nəşr edilmişdir. Monoqrafiyaları haqqında xaricdə müsbət rəylər dərc olunmuşdur. Əsərlərinə ABŞ, Rusiya, Türkiyə,Ukrayna, Gürcüstan, İraq, Polşa və Rumıniya alimləri istinad etmişlər. Azərbaycanda və xarici ölkələrdə nəşr edilmiş, maraqla qarşılanan əsərləri onu görkəmli tarixçi alim kimi tanıtmışdır. 1983-2014-cü illərdə Azərbaycanda keçirilən 30-dək çox elmi konfransda məruzələr etmişdir.

1985-2014-cü illərdə 50 beynəlxalq elmi konfransda – Orlando, San-Fransisko, Los-Ancelos (ABŞ), Plovdiv (Bolqarıstan), Krakov,Varşava (Polşa), Bilkent, İstanbul, Ankara, Elazığ, Ərzurum, İqdır, Ardahan, Trabzon, İzmir, Ədirnə, Bandırma, Əskişəhər, Uşak, Bitlis, (Türkiyə), Moskva, Yekaterinburq, Nijni Novqorod (Rusiya), Tiflis, Batum (Gürcüstan), Qazimaqosa, Lefkoşa, Girne (Kipr), Tehran, Təbriz (İran), Vilnüs (Litva), Odessa, Kiyev (Ukrayna), Türküstan (Qazaxıstan), Tallin (Estoniya), Amsterdam (Hollandiya), Frankfurt, Köln, Berlin, Dortmund, Bielefald, Hamburq (Almaniya), Skopye (Makedoniya), Vyana (Avstriya),Budapeşt (Macarıstan) və b. dəfələrlə etdiyi məruzələrlə Azərbaycan tarix elmini layiqincə təmsil etmişdir.

Ali məktəblər üçün Beynəlxalq münasibətlər tarix dərs vəsaitinin, iki hissədən ibarət Avropa və Amerika ölkələrinin müasir tarixi dərsliyinin və fənn proqramının müəllifidir.

ABŞ-da fəaliyyət göstərən Orta Şərq Araşdırmaları Assosiasiyasının (Arizona Universiteti), Mərkəzi Avrasiya Araşdırmaları Cəmiyyətinin (Harvard Universiteti), Turan SAM, Orta Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin (Türkiyə) üzvü, Ukraynadakı Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvüdür (Kiyev). "Rumıniya Avrasiya araşdırmaları" (Rumıniya), "Qafqaz və Mərkəzi Asiya araşdırmaları", "Turan SAM", "Türk bilimi" (Türkiyə) və "Qafqaz i mir" (Gürcüstan) elmi jurnallarının redaksiya heyətinin üzvüdür.

ABŞ-ın Vircinya ştatının Fairfax şəhərindəki George Mason Universitetində araşdırma proqramı üzrə çalışmışdır (2004).

Şablon:SSRİ Siyasi Elmlər Assosiasiyasının, SSRI Elmlər Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət tarixi Elmi Şurasının üzvü (1987-1991), Azərbaycan EA Tarix İnstitutunda fəaliyyət göstərən ixtisaslaşdırılmış doktorluq Müdafiə Şurasının həmsədri (1997-1999), Təhsil Nazirliyi Elmi Metodik Şurası tarix bölməsinin (1997-1999), Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər ixtisası üzrə Ekspert Şurasının (2004-2007) üzvü olmuşdur. BDU-da fəaliyyət göstərən Müdafiə Şurasının üzvüdür.

Rəhbərliyi altında 14 nəfər namizədlik, 3 nəfər doktorluq dissertasiyası işini müdafiə etmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Dərslikləri Qiymətləndirmə Şurasının və BDU tarix fakültəsi Elmi Şurasının üzvüdür. Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur (2009). AMEA Dünya Siyasəti İnstitutunun direktorudur (2014-cü ildən).


Tarix: 11.02.2015 / 12:52 Müəllif: Feriska Baxılıb: 109 Bölmə: Azərbaycan tarixçiləri
loading...