Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Musa Qasımlı

Qasımlı Musa Cəfər oğlu — görkəmli Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor. Azərbaycan Respublikası Milli Məclisi nin IV çağırış deputatı. AMEA Dünya Siyasəti İnstitutunun direktoru (2014-cü ildən).
1957-ci il oktyabrın 28-də anadan olmuşdur. 1974-cü ildə orta məktəbi tərifnamə ilə bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universiteti nin tarix fakültəsinə daxil olmuş, 1979-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının aspiranturasında oxumuşdur. 1986-cı ildə namizədlik, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə etmişdir. Ölkədə ən gənc tarix elmləri doktoru olmuşdur. Beynəlxalq münasibətlər tarixi üzrə ixtisaslaşmışdır. 1986-1992-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında müəllim, baş müəllim,dosent, tarix fakültəsinin dekan müavini vəzifələrində çalışmışdır. BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professorudur.


1992-1997-ci illərdə Azərbaycan Respublikası Milli Məclisi nin beynəlxalq əlaqələr şöbəsində işləmişdir.

2010-cu il noyabrın 7-də keçirilən parlament seçkilərində 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvüdür. Türkiyə, Kanada, Braziliya, Peru, Danimarka, Malta, Estoniya, Bosniya və Hersoqovina parlamentləri ilə dostluq qrupunun üzvüdür. Azərbaycan Respublikası Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.


Tarix: 11.02.2015 / 12:52 Müəllif: Feriska Baxılıb: 142 Bölmə: Azərbaycan tarixçiləri
loading...