Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Füzuli Hacıyev

Füzuli Hacıyev — Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı (1995-2002), Lerik Rayon İcra Hakimiyyətinin başçısı (2002-2007), tarix elmləri üzrə fəlsəfə doktoru.

Həyatı
Füzuli Mirzə oğlu Hacıyev 1956-cı il aprelin 4-də Siyəzən şəhərində anadan olmuşdur. 1973-cü ildə Siyəzən şəhər 2 saylı orta məktəbini, 1977-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini, daha sonra isə aspiranturanı bitirmişdir.

1977-1992-ci illərdə Dəvəçi və Siyəzən rayonlarında orta məktəblərdə tarix müəllimi işləmişdir.

1992-ci ildə Dəvəçi Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, 1992-1995-ci illərdə Siyəzən Rayon Xalq Deputatları Sovetinin sədri, 1995-2002-ci illərdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə isə Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

2007-ci ilin aprel ayında ARDNŞ Eİ ekoloji təbliğat və sosial məsələlər şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

2000-ci ildə "XVIII-XIX əsrin birinci otuzilliyində Azərbaycan - Dağıstan münasibətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır[Mənbə göstərin].

Bir kitabın (ali məktəblər üçün dərslik) müəllifidir[Mənbə göstərin].

Yeni Azərbaycan Partiyasının üzvüdür. "Ən yaxşı əyalət məmuru" nominasiyası üzrə mükafata layiq görülmüşdür[Mənbə göstərin].

Ailəlidir üç qızı, bir oğlu var.


Tarix: 09.02.2015 / 19:14 Müəllif: Feriska Baxılıb: 107 Bölmə: Azərbaycan tarixçiləri
loading...