Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aslan Xəlilov

Aslan Xəlilov (d.14 fevral, 1962) - azərbaycanlı alim, tarixçi, tarix üzrə fəlsəfə doktoru.

Həyatı
Xəlilov Aslan Xası oğlu 14 fevral 1962-ci ildə Şamaxı rayonunda dünyaya gəlmişdir. 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. 1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində əyani təhsil almışdır.

1985-1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsilini davam etdirmişdir. Təhsil aldığı illərdə Lenin təqaüdçüsü olmuşdur. 1989-cu ildən 2003-cü ilədək Bakı Slavyan Universitetinin tarix kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır.

1996-cı ildə Azərbaycanda ilk dəfə olaraq "1917-1920-ci illərdə Zaqafqaziyanın müsəlman əhalisinə qarşı soyqırımı tarixi mənbələrdə" adlı dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Bir monoqrafiya, 60-dan çox elmi-publisistik məqalənin müəllifidir.

2003-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2 il müddətinə, 2007-ci ildə daha 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.

Evlidir. İki övladı var.


Tarix: 09.02.2015 / 18:58 Müəllif: Feriska Baxılıb: 116 Bölmə: Azərbaycan tarixçiləri
loading...