Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adil Məmmədov (alim)

Adil Əli oğlu Məmmədov — Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın müasir tarixi" şöbəsinin müdiri, tarix elmləri doktoru, professor.
Həyatı
Adil Məmmədov Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. "Azərbaycan fəhlə sinfi birinci beşillikdə (1928-1932-ci illər)" adlı namizədlik dissertasiyası və "Azərbaycan SSR-də fəhlə sinfi (1926 iyun -1941-ci illər)" adlı doktorluq dissertasiyası müdafiə etmişdir.

Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın müasir tarixi" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professordur.

Elmi əsərləri
Kitabları
Birinci beşillik illərində Azərbaycanda xalq maarifinin inkişafı uğrunda mübarizə (1928-1932-cı illər);
İnqilab və Azərbaycanda xalq maarifi (1920-1940-cı illər)
Azərbaycan tarixi. 7 cilddə. 6 cild. - Bakı, «Elm», 2001, 42 c.v.; həmmüəllif.
Məqalələri
90-dan artıq elmi məqaləsi çap olunmuşdur.


Tarix: 09.02.2015 / 18:52 Müəllif: Feriska Baxılıb: 82 Bölmə: Azərbaycan tarixçiləri
loading...