Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naxçıvan Müasir dövr

1918–ci il 26 – 28 may tarixlərində Gürcüstan, Azərbaycan və Ermənistan öz müstəqilliklərini elan etdikdən sonra Ermənistanın daşnak höküməti Naxçıvanı özünə ilhaq etmə siyasəti yeritməyə başladı. Yalnız türk əsgərlərinin bölgəyə göndərilməsi və yerli əhalinin fəal müqaviməti Naxçıvanın ermənilərin hakimiyyəti altına düşməsinin qarşısını aldı. Mudros barışığına (1918) əsasən, Türkiyə öz qoşunlarını Naxçıvandan çıxarmağa məcbur oldu.

1918 – ci ilin noyabrında bölgədə Araz-Türk Cümhuriyyəti yaradıldı. Lakin 1919 – cu ilin əvvəlində Naxçıvanı tutan ingilislər gənc respublikanı tanımadılar, xalqın rəyini soruşmadan Naxçıvan və Şərur bölgəsinin Ermənistan ərazisi olduğunu elan etdilər. Araz-Türk Respublikası süquta uğradı. 1919 – cu ilin iyulunda daşnaklar ingilislərin köməyi ilə Naxçıvanı tutdular. Çox keçmədən ingilislərin Naxçıvanı tərk etməsindən istifadə edən Naxçıvan Milli Komitəsinin hərbi dəstələri daşnakların nizami qoşununu Naxçıvandan qovdu.

1920 – ci il aprelin 28 – də Bakıda, iyulun 28 – də Naxçıvanda sovet hakimiyyətinin elan edilməsi və Azərbaycan SSR – in yaradılması, Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi və Naxçıvanın Azərbaycandan ayrı düşməsi, Naxçıvanın muxtariyyəti məsələsini gündəliyə gətirdi. 29 noyabr, 1920 – ci ildə Ermənistanda sovet hakimiyyəti elan edildikdən sonra Ermənistan SSR höküməti də Naxçıvanı özünə ilhaq etmək üçün dəfələrlə cəhdlər göstərdi. Lakin 1921 – ci ilin yanvarında Naxçıvan əhalisinin 90 faizi muxtariyyət statusunda Azərbaycan SSR - ə birləşməyə səs verdi. Naxçıvan yeni yaradılan yeni yaradılan Naxçıvan SSR – in , Naxçıvanın muxtariyyət statusunu qəti müəyyənləşdirən Moskva və Qars müqavilələri imzalandıqdan (1921) sonra, 1924 – cü il 9 fevralda Naxçıvan MSSR təşkil edilərkən respublikanın paytaxtı oldu.


Tarix: 08.01.2015 / 16:36 Müəllif: Feriska Baxılıb: 25 Bölmə: Azərbaycan paytaxtları
loading...