Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı Coğrafiyası və iqlimi

Abşeron yarımadası dünya okeanı səviyyəsindən 28 metr aşağıda yerləşir. Bakının və Abşeronun iqlimi mülayim- isti, yarımsəhra və çöl iqlimi olub yalnız Abşerona xas olan küləklərlə səciyyəvidir. "XƏZRİ" deyilən şimal küləyi yayda havanı sərinləşdirir, qışda isə hədsiz dərəcədə soyudur. "GİLAVAR" deyilən cənub küləyi yayda isti gətirir, qışda isə soyuğu bir qədər mülayimləşdirir. Ümumiyyətlə müasir Bakının iqlimi bakılıların sevə-sevə becərdikləri bağların və parkların sayəsində xeyli mülayimləşmişdir. XX əsrin əvvəllərində güclü külək və toz əldindən Bakının küçələrinə çıxmaq mümkün deyildi, bu gün isə Bakı ilıq və rahat həyat tərzi ilə seçilən bir şəhərə çevrilmişdir.


Tarix: 08.01.2015 / 15:02 Müəllif: Feriska Baxılıb: 18 Bölmə: Azərbaycan paytaxtları
loading...