Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zülfü Hacıyev

Həyatı

Zülfü Hacıyev 21 mart 1935-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi medalla, Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini isə fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Krasnoarmeysk şəhərinə göndərilib, sıravi mühəndislikdən idarə rəisi vəzifəsinə qədər yüksəlib. Bir müddətdən sonra Sumqayıt şəhərinə qayıtmış, əvvəlcə mühəndis, sonra isə indi adını daşıyan Qırmızı Əmək Bayrağı Ordenli Sənaye Tikinti Nazirliyinin Sumqayıtdakı 1 saylı Tikinti Trestinin rəisi vəzifəsinə irəli çəkilmişdir.

O, Sumqayıt Şəhər İcraiyyə Komitəsinin sədri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən 20 noyabr 1991-ci ilədək Azərbaycan Nazirlər Kabinetinin sədr müavini vəzifələrində çalışmış, plenum üzvü, ali və yerli sovetə deputat seçilmişdir. 1976-cı ildən ömrünün sonunadək 4 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Zülfü Hacıyev Nazirlər Kabinetinin sədr müavini işlədiyi vaxt həm də Dağlıq Qarabağ üzrə təşkilat komitəsinin üzvü olmuş, son vaxtlar isə həmin komitəyə sədrlik edirdi.

1982-ci ildən 1988-ci ilin mart ayınadək orada tükənməz enerji ilə çalışmışdır. O, Naxçıvana rəhbər vəzifəyə gəldikdən sonra Nazirlər Soveti, onun strukturları dəyişildi, sözün əsl mənasında fəallaşdılar.
Mükafatları

Flag of the Soviet Union.svg "Qırmızı Əmək Bayrağı" ordeni —
Flag of the Soviet Union.svg "Xalqlar Dostluğu" ordeni —
Flag of the Soviet Union.svg "Şərəf Nişanı" ordeni —
Flag of Azerbaijan.svg Azərbaycanın əməkdar inşaatçısı —

Xatirəsi
Adının əbədiləşdirilməsi

Zülfü Hacıyev qeyrətimiz Qarabağ yolunda qəhrəmanlıqla şəhid olsa da onun adı xalqımızın qan yaddaşında əbədi yaşayacaqdır. Sumqayıtda izi qalan Zülfü müəllimin adı əbədiləşdirilmişdir. Sumqayıtda on dörd il işlədiyi trestə, tikdirdiyi on beş orta məktəbdən birinə, saldırdığı ən geniş, yaraşıqlı küçələrdən birinə Zülfü Saleh oğlu Hacıyevin adı verilmişdir.

Gəncə şəhərində və Sumqayıt şəhərində küçələrdən biri onun adını daşıyır.

Sabirabad rayon 7 saylı tam orta məktəbi, Sumqayıt şəhər 17 saylı orta məktəbləri də Zülfü Hacıyev adınadır.

1982-ci ildə istehsal olunan gəmi (IMO № 7912161) Zülfü Hacıyevin adını daşıyır.
Haqqında yazılanlar

2005-ci ildə Əliyev Fərman Nəriman oğlu "Ölümdən güclü" adlı sənədli-publisistik povestini Zülfü Hacıyevin şərəfli ömür yoluna həsr edib. Müəllif kitabda Z.Hacıyevin canlı portretini yaratmağa çalışaraq, Azərbaycanda dövlətçiliyin inkişafı və quruculuq sahəsində onun fəaliyyəti ilə bağlı oxucularda geniş fikir aşılamağa çalışmışdır. Kitabda həmçinin Z.Hacıyev haqqında kövrək xatirələr də öz əksini tapmışdır.


Tarix: 06.07.2015 / 18:12 Müəllif: Feriska Baxılıb: 182 Bölmə: Azərbaycan coğrafiyası
loading...