Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möhbalı Əmiraslanov

Möhbalı Firudin oğlu Əmraslanov — Azərbaycan SSR Nazirlər Soveti Sədrinin Birinci Müavini, Azərbaycan SSR Ali Sovetinin deputatı.
Həyatı

Möhbalı Firudin oğlu Əmiraslanov 1902-ci ildə Qubadlı rayonunun Balahəsənli kəndində anadan olub. 1920-ci ilin avqust ayında Qubadlı qəza milis idarəsində işə girir və 1924-cü ildə Bakıya gələrək texnikumun axşam şöbəsinə daxil olur və gündüz taxta zavodunda fəhlə işləyir. 1927-ci ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olur və 1929-cu ildə Stalin adına Moskva Polad İnstitutuna təhsilini davam etdirilməyə göndərilir.

1931-ci ildə onu Leninqrada göndərirlir və 1934-1936-cı illərdə Daşkəsən metallurgiya kombinatında baş mühəndisi əvəz edərək, tikintiyə rəhbərlik edir. 1936-cı ildə Azərbaycan Dəzgahqayırma zavoduna direktor təyin edilir. 1938-ci ildə Xalq Yerli Sənaye Komissarının müavini vəzifəsində işləyir. 1940-cı ildə toxuculuq sənayesi naziri təyin edilir və 1941-ci ilin mart ayından Azərbaycan KP tikinti və inşaat materialları üzrə katibi seçilir.

1942-ci ildə müharibəyə gedir. Döyüşlərdə iştirak edən M. Əmiraslanov 1944-cü ildə podpolkovnik rütbəsi alır. 1945-1951-ci illərdə Zaqafqaziya sənaye tikinti trestinə rəhbərlik edir. 1951-1954-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Birinci Müavini təyin edilir. 1954-cü ildə o, yüngül sənaye naziri təyin edilir. 1956-cı ildə onu Bakı baş tikinti idarəsinə rəis göndərirlər. 1961-ci ilin martında Möhbalı Əmiraslanov Respublika Nazirlər Soveti yanında Dağ-Mədən Tikintisi İşlərinin Təhlükəsizliyi Komitəsinin sədri təyin olunur.

O, Azərbaycan SSR Ali Sovetini 2-ci və 3-cü çağrışında deputat seçilmişdir.

İşlədiyi illərdə Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif olunmuşdur. 1944-1954-cü illərdə Azərbaycan KP MK-nın büro üzvü seçilib. 1981-ci ilin yanvarında təqaüdə çıxmış və 1984-cü il mayın 15-də dünyasını dəyişmiş, Bakı şəhərində Fəxri Xiyabanda dəfn edilmişdir.


Tarix: 06.07.2015 / 17:40 Müəllif: Feriska Baxılıb: 84 Bölmə: Azərbaycan coğrafiyası
loading...