Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əşrəf bəy Tağıyev

Həyatı
Azərbaycanda Qarxunlu Əşrəf bəy soyadı ilə tanınan Əşrəf bəy Həsənbəy oğlu Tağıyev 1867-ci ildə Ərəş qəzasının Qarxun kəndində anadan olmuşdu.İbtidai təhsilini molla yanında almışdı. Sonra Tiflis gimnaziyasında oxumuşdu. 1908-ci ildə Yevlaxda mazutla işləyən zavod tikdirir, 1910-cu ildə öz xərci ilə Yuxarı Qarxun kəndində dörd sinifli, 1919-cu ildə isə yeddi sinifli rus-tatar məktəbi açdırır.

1918-ci il mart qırğınından sonra Əşrəf bəyin təklifi ilə erməni qırğınının qarşısını almaq məqsədilə könüllü dəstələr yaradılır. O, Nuru Paşa başda olmaqla Türk ordusunun qarşılanmasında, Ərəş suvari alayının tərkibində türk qoşunları ilə bərabər bolşevik-daşnaq ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edir. Əşrəf bəy 1918-ci ilin dekabrından Ərəş mahalından Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinə üzv seçilir. O, 1919-cu ildə qəza rəisi olmuşdur.

Əşrəf bəy Həsənbəy oğlu Tağıyev Zaqafqaziya Dövlət Siyasi idarəsinin və Azərbaycan SSRİ DİXK üçlüyünün 3 mart 1930-cu il tarixli qərarına əsasən "Əhran" partiyasının üzvü və əksinqilabi təbliğatla məşğul loduğu üçün güllələnmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 29 avqust 1989-cu il tarixli qərarı ilə ölümündən sonra Əşrəf bəyə bəraət verilmişdir. 1930-cu ildə tutulmuşdu.Elə həmin ildə öldürülmüşdü.

Əşrəf bəy Maral xanımla ailə qurmuşdu. Knyaz bəy, Məmmədəli bəy adlı oğulları vardı.


Tarix: 09.01.2015 / 14:33 Müəllif: Feriska Baxılıb: 85 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...