Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsədulla Əhmədov

Həyatı
Əsədulla Əhmədov Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il tarixli "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una əsasən Cümhuriyyət Parlamentinə seçilmişdi. Bundan əvvəl Bakı şəhər dumasının üzvü olmuş, geniş xeyriyyəçilik işi aparmışdır.

Əsədulla Əhmədov Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin ilk iclasında 11 nəfərdən ibarət idarə heyətinə üzvlərdən biri seçilmişdir. O "Nəşri-maarif" cəmiyyətinin təsisçilərindən biri, Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi Komissiyanın üzvü idi. Parlamentdə əvvəlcə "bitərəflər" fraksiyasının üzvü olan əsədulla Əhmədov 1919-cu ilin oktyabrında bu fraksiyada baş vermiş parçalanmadan sonra bir neçə bitərəflə birlikdə "Müsavat" fraksiyasına keçmişdir.


Tarix: 09.01.2015 / 14:33 Müəllif: Feriska Baxılıb: 20 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...