Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəlil bəy Xasməmmədov Fəaliyyəti

Şərqdə ilk demokratik respublika olan ADR-də ədliyyə sisteminin fəaliyyətinə xüsusi əhəmiyyət verilərək, Ədliyyə Nazirliyi Cümhuriyyətin yaradılması ilə bir gündə 1918-ci il may ayının 28-də təsis edilmiş, Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Xəlil bəy bütün həyatı boyu "Azərbaycana muxtariyyət" amalı uğrunda mübarizə aparmış, onun ictimai-siyasi fəaliyyətinin ən coşqun dövrü Azərbaycan Cümhuriyyətinin təşəkkülü və dirçəlişi ilə bağlı idi. O, müstəqil hökumətin beş kabinetindən dördündə iştirak etmiş, iki dəfə ədliyyə naziri, iki dəfə daxili işlər naziri vəzifələrində işləmişdir.

O dövrdə daxili işlər orqanları hərbi nazirlik, təhlükəsizlik və xüsusi xidmət orqanları ilə sıx əlaqəli şəkildə fəaliyyət göstərirdi. Bunun da əsas səbəblərindən biri o idi ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə qarşı işləyən əks qüvvələrin xeyli hissəsi milli ordunun və digər qurumların tərkibində əsgər, çavuş, zabit, polis və s. vəzifələr daşıyırdılar. Ona görə də hökumətin əleyhinə planlaşdırılan hər hansı bir təxribatın qarşısını almaq üçün belə birgə fəaliyyət zəruri idi.

Xəlil bəy Cümhuriyyətin süqutunu İstanbulda eşitmişdi. Həmin vaxt o, Türkiyəyə yenicə səfir təyin olunmuşdu. Ömrünün qalan illərini İstanbulda yaşamış və 1945-ci ildə vəfat etmişdir. Xəlil bəy İstanbulun Fəri Köy məzarlığında dəfn olunmuşdur.


Tarix: 09.01.2015 / 14:08 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...