Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd Əmin Rəsulzadə Xronoloji fəaliyyəti

1902-ci ildə "Müsəlman Gənclik Təşkilatı"nı yaradıb.
1903-cü ilin 2 mayında ilk məqaləsi "Şərqi-Rus" qəzetində çap edilib. Elə həmin il rəhbəri olduğu Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyini qurub.
1903-cü ilin 14 mayında “Şərqi-Rus” qəzetində əmisi oğlu və yaxın mücadilə dostu Məhəmməd Əli Rəsuloğlu ilə birlikdə “Hümmət və qeyrət vaxtıdır” məqaləsi çap edilir.
1903-cü ilin 18 mayında “Şərqi-Rus” qəzetində “Öz müxbirlərimizdən” başlığı ilə elmin vacibliyindən bəhs edən yazısı və sonda “Elm tərifində deyilibdir” adlı müxəmməsi (şeri) çap edilir.
1904-cü ilin iyununda İ.V.Stalin inqilabi iş aparmaq üçün Bakıya gəlir. Qeyd edək ki, Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı Komitəsi müsəlman gəncləri arasında fəal iş aparan, onları maarifləndirən və milli dirçəliş fikirləri yayan 20 yaşlı M.Ə.Rəsulzadəni və onun başçılıq etdiyi “Azərbaycanlı Gənc İnqilabçılar” təşkilatını öz təsiri altına salmağa çalışırdı. İ.V.Stalinlə M.Ə.Rəsulzadəni ilk tanış edən isə əmisi oğlu M.Ə.Rəsuloğlu olmuşdu. Bakının Balaxanı bölgəsində fabrik işçilərinə məxsus bir otaqda keçirilən görüş sonradan onların yaxın dostluq münasibətlərinə çevrilir. Sonrakı dövrdə M.Ə.Rəsulzadə Stalinin Bakının Bayıl həbsxanasından qaçırılmasında önəmli rol oynayır.
1904-cü ilin oktyabr-noyabr aylarında Rusiya Sosial Demokrat Fəhlə Partiyasının nəzdində yaradılan “Hümmət” Sosial-Demokrat Təşkilatının yaradıcılarından biri olur. Qeyd edək ki, bu həm də Zaqafqaziyada yaradılan ilk müsəlman sosial-demokrat qrupuidi. “Hümmət”in baniləri arasında onda başqa N.Nərimanov, M.Əzizbəyov, M.H.Mövsümov, M.H.Hacınski, eyni zamanda sonradan Müsavatın yaradıcılarından olan A.Kazımzadə və K.Mikayılzadə var idi.
1904-cü ildə M.Ə.Rəsulzadənin redaktorluğu ilə “Hümmət” qəzeti çap edilir. M.Ə.Rəsulzadə qeyd edirdi ki, “Hümmət” Qafqazda türk
(Azərbaycan) mətbuatı arasında partiya orqanı olmaq üzrə ilk qəzet olub. 1904-1905-ci illərdə bu qəzetin 5-6 sayı çap edilir. 1917-ci ilin iyulun 3-də isə qəzet N.Nərimanovun redaktorluğu ilə yenidən Bakıda nəşrə başlayır.

1905-ci ildə “Hümmət” qəzetinin 3-cü sayında “Hümmətür-rical” (yəni, “Kişilərin hümməti dağları qoparar”) adlı məqaləsi çap edilir. Və həmin yazıda birləşməyin, islama bağlılığın vacibliyini göstərir. M.Ə.Rəsulzadə həmin məqalədə yazırdı: “Hərəmiz bir küncdə bir xüsusi cəmiyyət qayırıb (yaradıb) da müxtəlif yollar ilə getməkdənsə birləş-məli, öz fikir və fellərimizdən bir-birimizi halı etməliyiz”.
1906-cı ilin 5 yanvarında “İrşad” qəzeti ilə əməkdaşlığa başlayır, orada “Kənddə müsibət” məqaləsini çap etdirir. Bu məqaləsində o, erməni-müsəlman qırğınından bəhs edir, insanların bir-birini öldürməyindən, malını, əmlakını qarət etməsindən yazıb sonda bu fikri söyləyir: “Ey vətəndaşlar! Bəsdir bu qədər həlakət! Bəsdir bu qədər qəflət!..”
1906-cı ilin 16 fevralında “İrşad” qəzetində çap edilən “Qara pul”şerində ilk dəfə olaraq “Razi” təxəllüsünü işlədir.
1906-cı ildə "Təkamül" proqramını yazıb.
1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunub.
1908-ci ildə İranda çalışıb (1908 – 1911), Səttar xan hərəkatında yaxından iştirak edib.
1910-cu ildə İran Demokrat Partiyasını yaradıb.
1911-ci ildə Rusiya səfirliyinin tələbi ilə İrandan qovulub.
1911-1913-cü illərdə İstanbul Türk Ocağında çalışıb və Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Ziya Göyalp ilə birgə "Türk yurdu" dərgisində maraqlı məqalələrlə çıxış edib.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi əfvdən sonra Bakıya qayıdıb və siyasi fəaliyyətlə məşğul olub.
1917-ci ildə Müsavat Partiyasının sədri olub.
1918-ci il, may ayının 28-də Azərbaycan İstiqlal Bəyannaməsi elan olunandan sonra Azərbaycan Milli Şurasının sədri seçilib. ADR-i (Azərbaycan Demokratik Respublikasını – Müsəlman Şərinqdə ilk demokratik dövlət) qurub.
1919-cu ildə Bakı Dövlət Universitetini yaradıb və burada Osmanlı Ədəbiyyatı Tarixindən dərs deyib.
1920-ci il 27 aprel işğalından sonra həbs edilib, Moskvaya aparılıb, bir müddət orada yaşayıb, az sonra Müsavat Partiyasının tapşırığı ilə Leninqrada gedərək, oradan Finlandiya, daha sonra Türkiyə ərazisinə keçib.
1922-ci ildən başlayaraq mühacirət həyatı yaşayıb. Müxtəlif illərdə Türkiyədə, Polşada, Almaniyada, Rumıniyada Azərbaycanın istiqlalı uğrunda mübarizəsini davam etdirib.
1923-cü ildə İstanbula qayıdıb.
1937-ci ildə Sovet rejimi oğlu Rəsulu güllələyib, ailəsini Qazaxıstana sürgün edib.
1938-ci ildə Polşada (1938-1940);
1940-cı ildə Rumıniyada olub (1940-1943)
1947-ci ildə Ankaraya dönüb.
1952-ci ildə Ankarada "Azərbaycan" dərgisini yaradıb.
1955-ci il mart ayının 6-da Ankarada dünyasını dəyişib və Ankara Əsri qəbristanlığında dəfn edilib.


Tarix: 09.01.2015 / 01:32 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...