Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mirzə Hacızadə

Həyatı
O, Berlin Universitetinin kənd təsərrüfatı fakültəsini bitirmiş 1926- cı ildə doktorluq dissertasiyası müdafiə etmişdi. Nə qədər çalışsa da Azərbaycana dönə bilməmişdi. Mirzə bəy bir müddət Almaniyada yaşayandan sonra Türkiyəyə köçmüşdü. M. Hacızadə Türkiyədə yaşayan muhacirlərlə yaxından dostluq etmişdir. Hacızadənin Gəncədə yaşayan qohumları ona görə təqiblərə məruz qalmış, anası Sibirə sürgün edilmişdi. Sürgündən sonra anasına Gəncədə yaşamağa icazə vermədiklərinə görə Gədəbəydə yaşamış və orada da vəfat etmişdi. Türkiyədə səfərdə olan Maestro Niyazi ilə tanış olan Mirzə bəy Hacızadə Maestronun səyi və dəvəti ilə Azərbaycana gəlmək nəsib olsa da SSRİ təhlükəsizlik orqanları ona doğma Gəncəyə getməyə, Gəncə çinarları ilə pıçıldaşmağa, Göygöllə qucaqlaşmağa icazə verməmiş, hətta anasının qəbrini belə ziyarət etməyə qoymamışdılar.


Mirzə Hacızadə Çingiz Cuvarlı və digər qohumları ilə
Ailəsi
O, İstanbulda Nəsib bəy Yusifbəylinin qızı Zöhrə xanımla ailə həyatı qurmuşdur.


Tarix: 09.01.2015 / 01:14 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...