Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vasili Əliyev

Həyatı
Vasiliy Əliyev 1959-cu il yanvarın 15-də Qubadlı şəhərində anadan olub. Polis sıralarında qulluq edirdi.

Qarabağ uğrunda savaş başlayanda öz işi ilə vidalaşıb könüllü olaraq cəbhəyə yollanır. Vasiliy ilk gündən özünü qızğın döyüş yerlərinə atır. Buna səbəb onun torpağımıza göz dikən düşmənə qarşı olan böyük nifrət və qəzəbi idi. Nəhayət, bu nifrət onu Topağac yüksəkliyi uğrunda gedən qızğın döyüşlərə gətirib çıxarmışdı. Lakin onun cəsarətli döyüşü yağı düşmənin gözündən yayınmadı. O, bu döyüşdə həlak oldu. Lakin onun bu şücaəti Azərbaycan Respublikasının Prezidentinin 11 may 1993-cü il fərmanı ilə çox yüksək qiymətə layiq görüldü.

Qubadlının şəhidlər xiyabanında uyuyan Vasiliy Əhməd oğlu Əliyevin məzar daşındakı onun milli qəhrəmana xas olan baxışları hər gün hörmətlə yad edilir. Onun övladları bir qızı və bir oğlu ataları ilə fəxr edirlər.


Tarix: 27.01.2015 / 14:49 Müəllif: Feriska Baxılıb: 55 Bölmə: Azərbaycanın müharibələri‎
loading...