Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaqif Qurbanov (təyyarəçi)

Vaqif Qurbanov — Azərbaycan təyyarəçisi; Qarabağ müharibəsi şəhidi.

Vaqif Qurbanov 1967-ci ildə anadan olub. 1989–cu ildə Borisoqlebsk Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib[1].

SSRİ Hərbi Hava Qüvvələrində zabit kimi xidmət edib[2].

8 aprel 1992–ci ildə Qurbanov Sitalçay hərbi aerodromundan burada xidmət edən azərbaycanlı hərbçilərin köməyi ilə Su-25 markalı hərbi təyyarəni Azərbaycan tərəfinə keçirir. Təyyarə Yevlax mülki hava limanında enir. Rusiya hökuməti təyyarənin qaytarılmasını tələb etsə də, təyyarə Yevlax hava limanında qalır. Rusiya müdafiə nazirliyi SU-25 təyyarəsini məhv etmək üçün hətta Gürcüstanda yerləşən Vaziani hərbi bazasında iki ədəd MiQ-23 təyyarəsindən ibarət xüsusi dəstə yaradır. Ancaq istəyinə nail ola bilmir.

Vaqif Qurbanov 8 may 1992–ci il tarixindən hərbi əməliyyatlar gedən Azərbaycan ərazilərində hərbi uçuşlara başlayır. 13 iyun 1992–ci ildə Vaqif Qurbanovun idarə etdiyi SU-25 təyyarəsi erməni silahlı qüvvələri tərəfindən Əsgəran yaxınlığında vurulur.

Qurbanov həmin döyüşdə 30 nəfər erməni döyüşçüsünü məhv edir.


Tarix: 27.01.2015 / 14:48 Müəllif: Feriska Baxılıb: 36 Bölmə: Azərbaycanın müharibələri‎
loading...