Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tofiq İsmayılov (akademik) - Fəaliyyəti

Fəaliyyəti
1967-ci ildən 1985-ci ilədək Azərbaycan Respublikası Elmlər Akademiyası sistemində işləmişdi (fizika institutunda baş mühəndis, Rəyasət Heyəti yanında işləmələr və tətbiq şöbəsinin müdiri, "Xəzər" elmi mərkəzinin direktoru, Kosmik Tədqiqatları Elm İstehsalat Birliyinin baş direktoru) 1985-ci ildən keçmiş SSRİ Baş Kosmos İdarəsi Elm İstehsalat Birliyinin baş direktoru və baş konstruktoru olmuşdu. 1969-cu ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi, 1979-cu ildə isə doktorluq işini uğurla müdafiə edərək texnika elmləri doktoru adını almışdı, bir qədər sonra isə professor elmi adına layiq görülmüşdü. Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü (akademik) seçilmişdi.


Tarix: 27.01.2015 / 14:47 Müəllif: Feriska Baxılıb: 13 Bölmə: Azərbaycanın müharibələri‎
loading...