Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəxtiyar Əliyev (şəhid)

Həyatı
Bəxtiyar Nadir oğlu Əliyev 1965-ci ildə Ermənistan SSR Masis rayonunun Nizami kəndində anadan olmuşdur.

3 nömrəli dəmir-beton məmulatları zavodunda fəhlə işləmişdir.

Yanvarın 12-də Çaykənd-Todan zonasında böyük gərginlik əmələ gəlmişdi. Hamının gözləri qabağında burada böyük cəbbəxana yaranmışdı. Ermənistandan gələn vertolyotlar bir ucdan silah və təlim görmüş saqqallıları daşıyırdı. Məhz bu saqqallıların köməkliyi sayəsində dinc əhalidən xeyli adam girov götürülmüşdü.

Artıq dözmək məqamı deyildi. Hamı Vətəni saqqallılardan təmizləmək üçün mübarizəyə qalxmışdı. Ölüm-dirim mübarizəsinə. Bəli, bu mübarizədə ölən də oldu, yaralanan da... Dörd nəfər həlak oldu həmin gün. Ruzigar, Abbasqulu, Əliqara, bir də Bəxtiyar...

Bəxtiyar Nadir oğlu Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunub.


Tarix: 27.01.2015 / 13:52 Müəllif: Feriska Baxılıb: 67 Bölmə: Azərbaycanın müharibələri‎
loading...