Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yavər Əliyev

Həyatı
27 iyun 1956-ci ildə Bakı şəhərində anadan olmuşdur. Pirallahı adasında 253 saylı orta məktəbi bitirbikdən sonra Kremençuq Aviasiya Məktəbinə daxil olmuşdur. Yavər Əliyev Azərbaycan Hərbi Qüvvələrinin yaranmasında böyük işlər görmüşdür.

Döyüşlərdə iştirakı
Yavər Əliyev bir neçə dəfə Qarabağa Mİ-24 vertolyutunda uçuşlar etmişdi. Aşağı yüksəklikdə uçaraq düşmən mövqelərinə ağır zərbələr endirirdi. Bu uçuşlar zamanı ermənilər çoxlu itkilər verirdi. 1992-ci il 29 fevral tarixində Yavərin sonuncu uçuşu oldu.

Yavər vertolyotun vurulması xəbərinin düz olmadığını görüncə sevincindən göz yaşları kirpiklərində duruş gətirə bilmədi.

Ailəsi
Ailəli idi. İki övladı atasının peşə yolunu davam etdirir.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Əliyev Yavər Yaqub oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı "adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Pirallahı adasında oxuduğu 253 saylı orta məktəb onun adını daşıyır.


Tarix: 27.01.2015 / 13:38 Müəllif: Feriska Baxılıb: 36 Bölmə: Azərbaycanın müharibələri‎
loading...